#İsrail XİN

İsrailin keçmiş hərbi baş prokuroru, general-mayor Yifat Tomer Yeruşalmi, fələstinli məhbusun döyülməsini göstərən sızdırılmış videoya görə həbs olunub. Məlumata görə, cümə günü istefa verən Tomer Yeruşalmi videonun sızdırılması ilə bağlı polis araşdırmasına mane olmaqda şübhəli bilinir. O, istefa ərizəsində videonu yenidən göndərdiyini etiraf edib və bunu “hərbi hüquq-mühafizə orqanlarına qarşı aparılan yalan təbliğata cavab vermək” məqsədi ilə etdiyini bildirib.

İsrail Hərbi Dəniz Qüvvələri Qəzzaya humanitar yardım aparan «Əzm Donanması»nın (SUMUD) mülki qayıqlarını saxlayıb. 40-dan çox qayıqda olan təxminən 500 nəfər - parlament üzvləri, vəkillər və fəallar - hüquqi baxımdan əsasən şəxsiyyətin müəyyənləşdirilməsi, qısa müddətli saxlanma və ölkədən çıxarılma prosedurları ilə üzləşəcək.

İsrail ordusu İvrit təqviminə görə yeni ilin başlanğıcı sayılan Roş Aşana bayramı münasibətilə 22–23 sentyabr tarixlərində ölkənin bütün bölgələrində yerləşən hərbi birləşmələrin gücləndirildiyini açıqlayıb. Ordunun yaydığı rəsmi bəyanatda qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən sonra müxtəlif bölgələrdə həm müdafiə, həm də hücum məqsədilə birliklər yüksək hazırlıq vəziyyətinə gətirilib və əlavə qüvvələrlə gücləndirilib.

Smotriçin planına görə, İsrail hər həftə Qəzzanın bir hissəsini ilhaq etməli, dörd həftə ərzində zolağın böyük hissəsini tam nəzarət altına almalıdır. Bu müddətdə fələstinlilərin cənuba köçürülməsi, şimal və mərkəzi bölgələrin isə mühasirəyə alınaraq qalan HƏMAS döyüşçülərinin təslim olmağa məcbur edilməsi nəzərdə tutulur. Nazir bildirib ki, bu proses 3-4 ay ərzində başa çata bilər.

Braziliya mətbuatının məlumatına görə, hökumət İsrailin Gali Daganı yeni səfir kimi təqdim etməsini qəbul etməyib. Dagan, ötən həftə istefa verən hazırkı səfir Daniel Zohar Zonşaynın yerinə təyin olunmuşdu. İsrail Xarici İşlər Nazirliyi də Braziliyanın bu qərarını təsdiqləyib.