Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tramp keçmiş müşaviri Con Boltonun həbsi ilə bağlı qalmaqalın mərkəzində

    17 Oktyabr 2025 21:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp keçmiş müşaviri Con Boltonun həbsi ilə bağlı qalmaqalın mərkəzində
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton məxfi məlumatlarla qanunsuz davranmaqda ittiham olunduqdan sonra federal hakimiyyət orqanlarına təslim olub. Hadisə Donald Tramp administrasiyası ilə keçmiş əməkdaşları arasında yeni siyasi gərginlik yaradıb.

    AzerVoice xəbər verir ki, Trampın siyasi rəqiblərinə qarşı təzyiq kampaniyası çərçivəsində başladılan istintaq nəticəsində Boltona ABŞ-ın casusluq haqqında qanununa əsasən 18 maddə üzrə ittiham irəli sürülüb. Bunlardan 8-i dövlət müdafiəsi ilə bağlı məlumatların ötürülməsi, 10-u isə bu məlumatların qanunsuz saxlanması ilə əlaqədardır.

    Bolton 2018–2019-cu illərdə Tramp administrasiyasında çalışıb və sonradan onun ən sərt tənqidçilərindən birinə çevrilib.

    Associated Press agentliyinin məlumatına görə, o, məxfi məlumatları öz ailə üzvləri ilə paylaşmaqda ittiham olunur. Həmin materialların Boltonun hazırladığı kitabda istifadə oluna biləcəyi ehtimal edilir.

    “Mən öz qanuni davranışımı müdafiə etməyə və Trampın hakimiyyətdən sui-istifadəsini ifşa etməyə hazıram.”-deyə, Bolton yazılı açıqlamasında bildirib
    Onun vəkili Əbi Louell isə qeyd edib ki, Bolton heç bir məxfi məlumatı qanunsuz şəkildə paylaşmayıb.

    Tramp isə jurnalistlərin sualına cavabında sabiq müşavirini sərt şəkildə tənqid edib və deyib ki, Bolton, pis adamdır.

    Mütəxəssislərin fikrincə, Boltonun həbsi Trampın siyasi nüfuzunu möhkəmləndirmək cəhdi kimi qiymətləndirilir. Hadisə həm də ABŞ-da ədliyyə sisteminin müstəqilliyi və siyasi təsirlərə açıq olması ilə bağlı yeni müzakirələrə səbəb olub.

    #ABŞ #Donald Tramp #Ağ Ev Milli Təhlükəsizlik Şurası #ABŞ-nin daxili siyasəti #Con Bolton #ABŞ prezident admistrasiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.