#Ağ Ev Milli Təhlükəsizlik Şurası

ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton məxfi məlumatlarla qanunsuz davranmaqda ittiham olunduqdan sonra federal hakimiyyət orqanlarına təslim olub. Hadisə Donald Tramp administrasiyası ilə keçmiş əməkdaşları arasında yeni siyasi gərginlik yaradıb. Trampın siyasi rəqiblərinə qarşı təzyiq kampaniyası çərçivəsində başladılan istintaq nəticəsində Boltona ABŞ-ın casusluq haqqında qanununa əsasən 18 maddə üzrə ittiham irəli sürülüb. Bunlardan 8-i dövlət müdafiəsi ilə bağlı məlumatların ötürülməsi, 10-u isə bu məlumatların qanunsuz saxlanması ilə əlaqədardır.