#ABŞ prezident admistrasiyası

ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris 2028-ci il prezident seçkilərində iştirak ehtimalını tamamilə rədd etməyib. BBC-yə verdiyi müsahibədə Harris gələcək seçkilərdə iştirak potensialı və Donald Trump-ın prezidentliyi ilə bağlı fikirlərini bölüşüb. “Hələ işim bitməyib,” deyən Harris bir gün “mümkündür ki,” ABŞ Prezidenti ola biləcəyini bildirib.

ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton məxfi məlumatlarla qanunsuz davranmaqda ittiham olunduqdan sonra federal hakimiyyət orqanlarına təslim olub. Hadisə Donald Tramp administrasiyası ilə keçmiş əməkdaşları arasında yeni siyasi gərginlik yaradıb. Trampın siyasi rəqiblərinə qarşı təzyiq kampaniyası çərçivəsində başladılan istintaq nəticəsində Boltona ABŞ-ın casusluq haqqında qanununa əsasən 18 maddə üzrə ittiham irəli sürülüb. Bunlardan 8-i dövlət müdafiəsi ilə bağlı məlumatların ötürülməsi, 10-u isə bu məlumatların qanunsuz saxlanması ilə əlaqədardır.