BMT bildirib ki, Livanda müharibə nəticəsində didərgin düşmüş 821 mindən çox insan evlərinə qayıtmağa başlayıb. Bununla belə, 360 mindən çox şəxs hələ də məcburi köçkün olaraq qalır və onların 26 minə yaxını dövlət sığınacaqlarında yaşayır. Məlumat Romada İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar fonunda açıqlanıb. Livanın məlumatına görə, münaqişə nəticəsində 4 300-dən çox insan həlak olub.
#OCHA
BMT işğal altındakı İordan çayının qərb sahilində zorakılığın artdığını açıqlayıb. OCHA-nın məlumatına görə, ilin əvvəlindən məskunlaşmaçılarla bağlı 1330 insident qeydə alınıb. Son bir həftədə azı səkkiz fələstinli və iki israilli həlak olub. Onlarla insan yaralanıb, ən azı 10 ailə isə məcburi köçkün vəziyyətinə düşüb. Fələstinlilərə məxsus evlərə, məscidlərə və kənd təsərrüfatı obyektlərinə ziyan vurulduğu bildirilib. BMT İsrailin tətbiq etdiyi hərəkət məhdudiyyətlərinin humanitar vəziyyəti ağırlaşdırdığını qeyd edib. Qurum mülki şəxslərin qorunmasına və məsuliyyət tədbirlərinin görülməsinə çağırış edib.
Birləşmiş Millətlər Təşkilatı (BMT), İsrailin Qəzza şəhərində binaları hədəf almağa davam etdiyini bildirərək, dünəndən etibarən şimaldan cənuba doğru 10 mindən çox insanın məcburi köçkün edildiyini açıqlayıb. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında danışıb. O bildirib ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) əməkdaşları İsrail qüvvələrinin Qəzza şəhərində daha çox binanı bombaladığını qeyd ediblər.
BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik , BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatlarına istinadən, İsrailin humanitar yardım karvanlarına qarşı məhdudlaşdırıcı siyasətini davam etdirdiyini qeyd edib. Düjarrik, İsrail hakimiyyətinin bir gün əvvəl koordinasiya tələb edən 15 humanitar missiyadan səkkizini ilkin olaraq rədd etdiyini, qalan yeddi missiyanı isə yerdə blokladığını açıqlayıb. O, həmçinin Qəzzada davam edən hava hücumları və hərbi əməliyyatların, xüsusilə səhiyyə obyektlərinə edilən hücumların daha çox mülki itkilərə səbəb olduğunu və kritik infrastrukturu zədələdiyini və ya məhv etdiyini bildirib. Düjarrik, mart ayının ortalarında atəşkəsin sona çatmasından bəri Qəzzada məcburi köçkünlərin sayının 800 mini keçdiyini, insanların təhlükəsizlik və sığınacaq axtarışı ilə köçkün düşdüyünü vurğulayıb.
İsrail bir neçə aydır Qəzza zolağına çadırların gətirilməsinə icazə vermir. Bu isə müharibənin və mühasirənin davam etdiyi bir vaxtda, xüsusilə də Qəzza şəhərində mülki əhalinin təxliyə əmrləri fonunda baş verir. Bunu BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsinin (OCHA) sözçüsü Yens Lark Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Qəzzadakı yardım tərəfdaşlarının bu uşaq ölümü sayını “dünyanı utandıran və təcili tədbir tələb edən faciəvi mərhələ” kimi qiymətləndirib. Ümumdünya Ərzaq Proqramı bildirir ki, 300 mindən çox uşaq ciddi təhlükə altındadır və Qəzza əhalisinin üçdə biri günlərlə qidasız qalıb. Qida təminatı üçün aylıq 62 min ton ərzaq yardımına ehtiyac var, lakin 2 milyondan çox insan hələ də kifayət qədər qidaya çıxış əldə edə bilmir.