Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Qeyri-qanuni miqrantların yerləşdirildiyi otellər bağlanılmalıdır - Britaniyanın Baş naziri

    1 Sentyabr 2025 19:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qeyri-qanuni miqrantların yerləşdirildiyi otellər bağlanılmalıdır - Britaniyanın Baş naziri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, ölkədə sığınacaq axtaran qeyri-qanuni miqrantların yerləşdirildiyi otellərin bağlanması prosesi daha tez reallaşdırılacaq.

    AzerVoice xəbər verir ki, Starmer sığınmacıların yerləşdirildiyi otellərin sistemli şəkildə boşaldılmasının vacibliyini vurğulayıb.

    Baş nazir qeyri-qanuni miqrasiya ilə mübarizədə qətiyyətli olduğunu bildirib: “İnsanların bu məsələ ilə bağlı niyə narahat olduqlarını tamamilə başa düşürəm.”

    Otellərin nə vaxt bağlanacağına dair suala cavabında Starmer xatırladıb ki, hökumət hazırda istifadə olunan 200-ə yaxın otelin 2029-cu ilə qədər bağlanmasını planlaşdırır. O əlavə edib ki, bu prosesi daha tez başa çatdırmaq niyyətindədir.

    “Bu prosesi irəli çəkmək istəyirəm. Bunun yaxşı bir çağırış olduğunu düşünürəm” - deyə, Baş nazir qeyd edib.

    O bildirib ki, otellərin boşaldılmasının yeganə yolu sığınacaq müraciətlərinin daha sürətli və sistemli şəkildə araşdırılması, burada qalmaq hüququ olmayan şəxslərin isə geri göndərilməsidir.

    “Sığınmacıların qaldığı bütün otellərin bağlandığını görmək istəyirəm” - deyə, Starmer vurğulayıb.

    Qeyd edək ki, Böyük Britaniyada sığınmacıların otellərdə yerləşdirilməsinə qarşı ictimai narazılıq artır. Ali Məhkəmə Eppinq bölgəsində bir oteldə yaşayan sığınmacıların sentyabrın 12-nə qədər çıxarılması barədə qərar qəbul edib. Bu qərar ölkədə yeni hüquqi addımlar üçün presedent yaradıb. Ardınca ifrat sağçı “Reform UK” Partiyasına bağlı 12 bələdiyyə üzvü də oxşar addımlar atacaqlarını açıqlayıb.

    Müxalifətdəki Mühafizəkar Partiyanın Broksborn Bələdiyyə Şurası da analoji iddia qaldırmaq üçün təcili hüquqi rəy tələb edib. Son aylarda Eppinq bölgəsində sığınmacılara qarşı keçirilən etirazlar bəzən zorakılıqla nəticələnib. Bu aksiyalarda 16 nəfər saxlanılıb.

    İyulun 30-da Londonda, Uest Drayton ərazisində keçirilən nümayişdə etirazçılar qeyri-qanuni miqrantların saxlandığı üç otelə girməyə cəhd ediblər, beş nəfər həbs olunub. Dünən isə ifrat sağçı bir qrup “Isle of Dogs” bölgəsində etiraz keçirib, maskalı şəxslər polisə hücum edib. Təxminən 100 nəfərlik aksiyada dörd nümayişçi saxlanılıb.

    #Böyük Britaniya #Kir Starmer #Qeyri-qanuni miqrantlar #Böyük Britaniya miqrasiya siyasəti #sığınacaq axtaranlar #Böyük Britaniya otellərin bağlanması #sığınmacıların yerləşdirilməsi #Böyük Britaniya otel sistemi #Eppinq Ali Məhkəmə qərarı #Reform UK partiyası #Mühafizəkar Partiya #Böyük Britaniyada etiraz aksiyaları #Londonda etirazlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Baykar və Leonardo yeni texnoloji hədəflərini açıqlayacaq

    19 İyul 2026 19:10

    Tarixdə bu gün - 19 İyul

    19 İyul 2026 00:01

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    17 İyul 2026 21:34

    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb

    17 İyul 2026 19:48

    Böyük Britaniyanın yeni baş naziri bəlli oldu

    17 İyul 2026 15:39

    İran Britaniyanın SEPAH-ı təhlükə mənbəyi elan etməsini pisləyib

    14 İyul 2026 17:46

    Britaniyada SEPAH-ın statusu ilə bağlı qərar yaxınlaşır

    13 İyul 2026 22:58

    Almaniya, Fransa və Böyük Britaniya İranın Körfəz hücumlarını pisləyib

    13 İyul 2026 19:33

    Böyük Britaniya İran İnqilab Keşikçiləri Korpusuna qarşı yeni addım atır

    13 İyul 2026 18:43

    Anlaşma memorandumundakı qeyri-müəyyən müddəalar Hörmüz boğazı ilə bağlı fərqli şərhlərə səbəb olub - Keçmiş britaniyalı səfir

    11 İyul 2026 19:10

    Britaniya enerji marşrutunda artan risklər barədə xəbərdarlıq etdi

    10 İyul 2026 18:24

    Britaniyada Labour Partiyasından Qəzza siyasətinə etiraf: “Düzgün mövqe tutmadıq”

    9 İyul 2026 22:32
    XƏBƏR LENTİ

    Baykar və Leonardo yeni PUA təqdim etdi

    Elə bil dünən idi…

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.