Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Vatikan Dövlət katibi Qəzza və Ukrayandakı son vəiyyətlə bağlı açıqlama verib

    29 Avqust 2025 21:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vatikan Dövlət katibi Qəzza və Ukrayandakı son vəiyyətlə bağlı açıqlama verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Neapolda keçirilən 75-ci Milli Liturgiya Həftəsinin açılışında çıxış edən Vatikan Dövlət katibi Kardinal Pietro Parolin, Qəzzada və Ukraynada davam edən münaqişələrin yaratdığı insan faciəsinə diqqət çəkib, “bütün ümidsizliyə rəğmən ümid etməyin vacibliyini” vurğulayıb.

    AzerVoice xəbər verir ki, Kardinal Parolin Qəzzadakı vəziyyəti pisləyərək bildirib: “Qəzzada baş verənlərə görə dəhşətə gəlirik, hadisələri pisləməkdə yekdil fikir var.” O, xüsusilə Xan Yunisdəki Nasser Xəstəxanasına edilən İsrail hücumuna toxunub. Həmin hücum nəticəsində aralarında beş jurnalistin də olduğu 20 nəfərin həlak olduğunu xatırladan kardinal, bunun “heç bir məna daşımadığını” vurğulayıb. O əlavə edib ki, Qəzzada vəziyyət getdikcə daha da çətinləşir, humanitar baxımdan isə təhlükəli həddə çatır: “Həll üçün heç bir yol görünmür, nəticələrini isə hər gün görürük.”

    Ukrayna ilə bağlı çıxışında Parolin qeyd edib ki, nəzəri baxımdan çoxsaylı həll yolları və sülhə aparan cığırlar mövcuddur, lakin bunların həyata keçirilməsi üçün “çoxlu siyasətə” ehtiyac var: “Bu da qəlbin hazır olmasını tələb edir.”

    Kardinal həmçinin Papa Fransiskin elan etdiyi və ümid mövzusuna həsr olunmuş Yubiley ilinə diqqət çəkib. O, Yubileyin məqsədini “ümidi yenidən qazanmaq anı” kimi dəyərləndirib: “Xüsusən beynəlxalq səviyyədə ümid üçün çox səbəbin olmadığı bir zamanda, bu bütün ümidsizliyə rəğmən bir ümiddir.”

    Dövlət katibi çıxışını belə yekunlaşdırıb: “Son günlər bir daha göstərdi ki, münaqişə vəziyyətlərində sülh yollarını işə salmaq çox çətindir. Amma biz təslim olmamalıyıq, əksinə, sülh və barışıq üçün işləməyə davam etməliyik.”

    #Qəzza #Qəzza zolağı #Ukrayna #Vatikan #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Liturgiya Həftəsi #Nasser Xəstəxanasına edilən İsrail hücumu #Kardinal Pietro Parolin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    3 Sentyabr 2026 20:59

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.