Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Şərqi Çin dənizi gərginliyi - Yaponiyadan Pekinə etiraz notası

    26 Avqust 2025 12:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şərqi Çin dənizi gərginliyi - Yaponiyadan Pekinə etiraz notası
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Yaponiya, Şərqi Çin dənizindəki mübahisəli bölgədə Çinin yeni struktur inşa etməsi səbəbilə Pekinə etiraz notası təqdim edib.

    AzerVoice xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Çin iki ölkə arasındakı coğrafi median xəttin öz tərəfində yeni bir struktur qurmağa başlayıb. Bəyanatda Çinin bu təktərəfli fəaliyyətləri “son dərəcə təəssüf doğurucu” kimi qiymətləndirilərək, Pekin bu fəaliyyətləri dayandırmağa və 2008-ci ildə bağlanmış birgə resurs inkişafı sazişinə uyğun danışıqları bərpa etməyə çağırılıb. Yaponiyanın baş katibi Yoşimasa Hayaşi, eksklüziv iqtisadi zonaların və kontinental şelfin sərhədlərinin hələ müəyyənləşdirilmədiyini vurğulayaraq, Çinin hərəkətlərinin qəbuledilməz olduğunu bildirib.

    Xatırladaq ki, Şərqi Çin dənizindəki Senkaku (Çində Diaoyu) adaları həm Yaponiya, həm də Çin tərəfindən tarixi suveren ərazi kimi iddia edilir. Beş ada və üç qayadan ibarət bu yaşayışsız ada qrupu Çinin şərq sahilindən 330 km, Tayvandan 170 km və Yaponiyanın Ryukyu adalarından 410 km məsafədə yerləşir. Ən böyüyü 4,3 kvadrat kilometr olan bu adalar zəngin balıqçılıq sahələri və potensial enerji ehtiyatları səbəbindən strateji əhəmiyyətə malikdir. Uzun illərdir davam edən mübahisə, 2008-ci ildə iki ölkə arasında birgə resurs inkişafı sazişi ilə həll olunmağa çalışılsa da, danışıqlar 2010-cu ildə dayandırılıb.

    Qeyd edək ki, Yaponiyanın etirazı Çinin regionda artan hərbi və iqtisadi fəallığını, o cümlədən Senkaku/Diaoyu adaları ətrafında Çin sahil mühafizə gəmilərinin tez-tez patrul etməsini tənqid etdiyi bir dövrdə baş verib. Bu hadisə, Yaponiya-Çin münasibətlərində gərginliyin yeni dalğasına səbəb ola bilər.

    #Çin #Yaponiya #etirazlar #bəyanat #etiraz notası #İkitərəfli münasibətlər #Pekin #Pekin razılaşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    31 Avqust 2026 10:35

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    Tibetdə 5 bal gücündə zəlzələ baş verib

    27 Avqust 2026 21:13

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    27 Avqust 2026 18:23

    Yaponiya Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni enerji planı hazırlayır

    26 Avqust 2026 19:21

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    25 Avqust 2026 21:50

    Çinin “Tianqun” robotu 100 metri 9 saniyədən az müddətdə qət edib

    25 Avqust 2026 17:54

    ABŞ-nin İrana qarşı yeni sanksiyalarında əsas sınaq Çin olacaq

    24 Avqust 2026 18:33
    XƏBƏR LENTİ

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    Qəzzada ölənlərin sayı artıb

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.