#etiraz notası

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 848-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 41 min 283 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 209 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 848 nəfər həyatını itirib.

İranda iqtisadi problemlər səbəbindən başlayan və 16 gündür davam edən nümayişlərdə ölənlərin sayı kəskin şəkildə artaraq 646 nəfərə yüksəlib. ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yaydığı son hesabatda ölkənin 31 əyalətinə yayılan etirazların ağır nəticələri açıqlanıb. Hesabata əsasən, həyatını itirənlər arasında 505 aksiya iştirakçısı, 133 təhlükəsizlik əməkdaşı və bir prokuror var. Ölənlərdən 9 nəfərinin 18 yaşından kiçik olduğu bildirilir.

Yaponiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Çin iki ölkə arasındakı coğrafi median xəttin öz tərəfində yeni bir struktur qurmağa başlayıb. Bəyanatda Çinin bu təktərəfli fəaliyyətləri “son dərəcə təəssüf doğurucu” kimi qiymətləndirilərək, Pekin bu fəaliyyətləri dayandırmağa və 2008-ci ildə bağlanmış birgə resurs inkişafı sazişinə uyğun danışıqları bərpa etməyə çağırılıb. Yaponiyanın baş katibi Yoşimasa Hayaşi, eksklüziv iqtisadi zonaların və kontinental şelfin sərhədlərinin hələ müəyyənləşdirilmədiyini vurğulayaraq, Çinin hərəkətlərinin qəbuledilməz olduğunu bildirib.

Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı Rusiyaya etiraz notası göndərib. Bu barədə məlumat Nazirliyin rəsmi saytında dərc olunub. Sənəddə Polşa hakimiyyəti Rusiyanı qəsdən təxribat törətməkdə və Polşanın suverenliyinə hörmətlə yanaşmaq öhdəliklərini pozmaqda ittiham edib.

Polşanın Xarici İşlər Nazirliyi, Ukraynanın paytaxtı Kiyevdəki səfirliyinin konsulluq bölməsinin Rusiya ordusunun təşkil etdiyi hava hücumunda ziyan görməsi ilə əlaqədar olaraq Rusiya tərəfinə nota verib.