Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsrailin nazirlər kabinetində mübahisə: Netanyahu, Zamir, Ben Qvir və Smotriç

    6 İyul 2025 09:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin nazirlər kabinetində mübahisə: Netanyahu, Zamir, Ben Qvir və Smotriç
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin Baş naziri Netanyahu, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirdən Qəzzanın şimalının işğal edilməsini tələb etdi, lakin Zamirin Netanyahuya verdiyi etirazlı cavabı nazirlər kabinetində mübahisəyə səbəb oldu.

    AzerVoice-un məlumatına görə, keçirilən iclasda Netanyahu və digər nazirlər, ordunun Qəzza zolağının şimalını tam şəkildə işğal edərək əhalini cənuba doğru köç etməsini istəyiblər.

    "2 milyon insanı necə idarə edəcəyik?" - deyə, Eyal Zamir vurğulayıb. Bu zaman ifrat sağçı müdafiə naziri İtamar Ben Qvir və Maliyyə naziri Bezalel Smotriç onu əmrə tabe olmamaqda və Qəzzada çıxmaza səbəb olmaqda ittiham ediblər.

    Zamir isə cavabında bildirib: "Siz daim Qəzza zolağında çıxmazdan danışırsınız. Halbuki, biz sizdən tələb olunan əməliyyatları tam şəkildə yerinə yetiririk."

    Zamir, həmçinin, nazirləri sözlərinə diqqət yetirməyə çağırıb.

    Zamir, Smotriçin Qəzzanın şimalının mühasirəyə alınaraq, HƏMAS-ın tez bir zamanda çökməsi fikrinə də cavab verib:

    "Qəzzada hərbi bir hökumətmi istəyirsiniz?"

    Netanyahu isə qışqıraraq, hərbi idarə istəmədiyini, ancaq HƏMAS-ı tamamilə məhv etmək niyyətində olduğunu bildirib. O, ordunun Qəzza zolağının bütün bölgələrini – hətta girovlar səbəbilə hələ hücum edilməmiş əraziləri də ələ keçirməsini alternativ çıxış yolu kimi göstərib. Ancaq bunun girovların həyatını təhlükəyə atacağını da etiraf edib.

    Məlumata görə, Zamir Qəzza zolağında fələstinlilərə qarşı aclığın silah kimi istifadə olunduğunu qəbul edərək deyib: "Ac və hirsli insanları idarə etmək çətinləşir və bu, nəzarətin itirilməsinə səbəb ola bilər". Netanyahu isə sonda Zamirə əmr verib: "Təxliyə planını hazırla. Vaşinqtondan qayıdanda onu görmək istəyirəm".

    #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #İtamar Ben Qvir #Eyal Zamir #Betsalel Smotriç
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.