Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Romada güclü partlayış baş verib

    4 İyul 2025 12:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Romada güclü partlayış baş verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Romada yanacaqdoldurma məntəqəsində baş verən hadisədə azı 10 nəfər yaralanıb.

    AzerVoice xəbər verir ki, bu gün səhər saatlarında İtaliyanın paytaxtı Romanın şərqində yerləşən Prenestino rayonunda bir yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Hadisə nəticəsində azı 10 nəfərin, o cümlədən yanğınsöndürən və polis əməkdaşlarının yaralandığı bildirilir.

    Partlayış Gordiani küçəsində qeydə alınıb. ANSA agentliyi xəbər verir ki, ilk partlayışdan sonra hadisəyə müdaxilə edən yanğınsöndürənlər və ərazidə təhlükəsizlik tədbirləri görən polislər ikinci partlayış nəticəsində xəsarət alıblar. Zərərçəkənlər əsasən şüşə partlaması və yüngül yanıqlarla xəstəxanaya yerləşdirilib.

    İtaliyanın yanğınsöndürmə xidmətindən verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə 10 komanda cəlb olunub. Partlayışın gücü ətrafdakı binaların şüşələrini sındırıb, qara tüstü isə şəhərin bir çox hissəsindən görünməkdədir. Yaxınlıqdakı yaşayış binaları təhlükəsizlik məqsədilə təxliyə olunub, metroda C xətti üzrə xidmətlər müvəqqəti dayandırılıb.

    İtaliyanın baş naziri Giorgia Meloni hadisə ilə bağlı “X” hesabında paylaşım edərək vəziyyəti yaxından izlədiyini bildirib, Roma meri və səlahiyyətli şəxslərlə daimi əlaqədə olduğunu qeyd edib və yaralılara şəfa diləyib.

    #İtaliya #Giorgia Meloni #partlayış #Roma #neft tankeri #tanker partlaması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

    20 İyul 2026 20:40

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    16 İyul 2026 21:27

    Hörmüz boğazında gəmi hərəkəti rekord həddə azalıb

    14 İyul 2026 20:16

    Qətər Hörmüz boğazında BƏƏ tankerlərinə hücumu pisləyib

    14 İyul 2026 19:22

    Oman sahillərində neft tankeri partlayış nəticəsində zədələnib

    14 İyul 2026 18:11

    BƏƏ İranın Hörmüz boğazında iki tankerə hücumunu qətiyyətlə pisləyib

    14 İyul 2026 11:40

    Roma saraylarından kilsə qadağalarına: Orta əsrlər Avropasında ezoterik güc mübarizəsi

    12 İyul 2026 11:00

    Livan İsraillə keçiriləcək növbəti danışıqlarda iştirakını təsdiqləyib

    11 İyul 2026 22:32

    Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    9 İyul 2026 18:56

    İtaliya İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək - Meloni

    8 İyul 2026 22:37

    Belçikanın müdafiə naziri Trampa: Melonini rahat buraxın

    7 İyul 2026 12:02

    Dəməşqdə Makronun qaldığı otelin yaxınlığında iki partlayış baş verib (Yenilənib)

    7 İyul 2026 11:52
    XƏBƏR LENTİ

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.