Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Zaxarova İsrailin İrana hücumlarını pisləyib

    19 İyun 2025 20:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Zaxarova İsrailin İrana hücumlarını pisləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin İrana etdiyi hücumları qınayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Zaxarova, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

    "Yaxın Şərqdə vəziyyət son dərəcə təhlükəli həddə çatıb və bu gərginliyin əsas səbəbi İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq İrana qarşı təcavüzkar addımlar atmasıdır. İsrailin bu cür davranışı regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələrə səbəb ola bilər. Bu hücumları saxta narahatlıqlarla əsaslandırmaq cəhdləri utancvericidir” - deyə, o vurğulayıb.

    Zaxarova qeyd edib ki, İsrailin İranda yerləşən sülhməramlı nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlar qətiyyən qəbul edilə bilməz.

    “Bu, beynəlxalq hüququn açıq pozuntusudur, dünya təhlükəsizliyi üçün qəbulolunmaz bir təhdiddir və bəşəriyyəti nüvə fəlakətinə sürükləyə bilər. Onun nəticələri İsrail daxil olmaqla hər yerdə hiss olunacaq” - deyə, Zaxarova bildirib.

    Zaxarova çıxışı zamanı ABŞ-a da səslənərək, Vaşinqtonu İsrail–İran münaqişəsinə birbaşa müdaxilə etməməyə çağırıb. O bildirib ki, ABŞ-ın bu münaqişəyə qoşulması vəziyyəti daha da gərginləşdirə və nəzarətdən çıxara bilər.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

    #İsrail #İran #Rusiya #ABŞ #Mariya Zaxarova #Rusiya XIN
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    ABŞ ordusu İraqda həlak olan hərbçinin adını açıqlayıb

    21 İyul 2026 19:57

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    21 İyul 2026 19:54

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    21 İyul 2026 19:22
    XƏBƏR LENTİ

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.