#Rusiya XIN

Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə və Kiyev vilayətində hərbi-sənaye müəssisələrini, logistika mərkəzlərini və anbarları vurduqlarını açıqlayıb. Rusiya ordusunun gecə saatlarında Kiyev şəhəri və vilayətində yerləşən hərbi-sənaye obyektlərinə, logistika mərkəzlərinə və anbarlara qarşı hücum təşkil etdiyi bildirilən bəyanatda vurulan nöqtələr sıralanıb.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlaması ilə bağlı şərhində deyilir.

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bu səhər Krıma pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib. Səhər saatlarında hava hücumundan müdafiə qüvvələri yarımada üzərində ümumilikdə 8 dronu zərərsizləşdirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22 avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq, iclasın nəticələrini yüksək qiymətləndiriblər.