Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Ərdoğan istədi, Suriyaya sanksiyaları ləğv etdim - Tramp

    14 May 2025 10:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan istədi, Suriyaya sanksiyaları ləğv etdim - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    “Ərdoğan istədi, sanksiyaları ləğv etdim.”

    AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində Səudiyyə Ərəbistanında keçirilən Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğv olunacağını bəyan edib.

    Tramp çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın bu yöndə çağırış etdiklərini bildirib.

    “Ərdoğan mənə Suriyaya qarşı sanksiyaların ləğvini təklif etdi. Yaxın Şərqdəki digər dostlarımız da bu istəyi dəstəklədi. Biz bu sanksiyaları aradan qaldıracağıq” - deyə o qeyd edib.

    “Sanksiyalar Suriyanın irəliləməsinə imkan vermir. Ona görə də yeni qərarlar üçün yol açılır” - deyə o, Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən bu mövzuya toxunaraq bildirib.

    Qeyd edək ki, Ağ Ev Trampın bu gün Ər-Riyadda Suriya prezidenti Əhməd Şaraa ilə qısa görüş keçirəcəyini açıqlayıb. Prezidentin həmçinin 15 mayda İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılmaq ehtimalı var. ABŞ-ın dövlət katibi Marko Rubionun da həmin danışıqlarda iştirak edəcəyi bildirilir.

    Səfər zamanı Tramp Səudiyyə kralı və vəliəhd şahzadə tərəfindən yüksək səviyyədə qarşılanıb. Forumda SpaceX və Tesla-nın rəhbəri Elon Musk, ChatGPT-nin sahibi Sam Altman, BlackRock-un baş direktoru Larry Fink və digər nəhəng şirkət rəhbərləri də yer alıb. ABŞ və Səudiyyə arasında 142 milyard dollarlıq silah sazişi də imzalanıb.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Səudiyyə Ərəbistanı #ABŞ #Donald Tramp #Suriya #Trampın fərmanları #Suriya sanksiyaları #Suriya sanksiyalarının ləğvi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    3 Sentyabr 2026 20:17

    ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?

    3 Sentyabr 2026 20:10

    Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

    3 Sentyabr 2026 20:06

    İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

    3 Sentyabr 2026 19:33

    İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

    3 Sentyabr 2026 18:50

    Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

    3 Sentyabr 2026 18:24

    İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

    3 Sentyabr 2026 18:12

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    3 Sentyabr 2026 16:37

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    3 Sentyabr 2026 14:45

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    3 Sentyabr 2026 13:50

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    3 Sentyabr 2026 13:19

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04
    XƏBƏR LENTİ

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu İlamda əməliyyat keçirib

    ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?

    Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

    Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

    İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

    BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib

    Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

    Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib

    İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.