Bakı. AzerPress:
İran prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək.
AzerPress xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Bildirilir ki, onun səfəri yanvarın 24-də baş tutacaq.
Qeyd edək ki, Rəisinin Türkiyəyə yanvarın 4-də planlaşdırılan səfəri İranın Kerman şəhərindəki terror aktı ilə əlaqədar təxirə salınmışdı.