Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Türkiyə və Azərbaycan Geoloji Kəşfiyyatda Yeni Əməkdaşlığa Başlayır - Türkiyəli Nazir müavini

    25 İyul 2025 13:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə və Azərbaycan Geoloji Kəşfiyyatda Yeni Əməkdaşlığa Başlayır - Türkiyəli Nazir müavini
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Bu gün Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 50 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu istiqamətdə irəliləyişi davam etdirmək üçün səylərimiz ardıcıl şəkildə həyata keçirilir. Enerji keçidinin uğuru təkcə texnologiyadan deyil, həm də bu texnologiyalara imkan verən strateji minerallardan asılıdır. Bu səbəbdən geoloji kəşfiyyat işləri, ehtiyatların müəyyən edilməsi və Naxçıvanla birgə reallaşdırılacaq investisiya layihələri xüsusi əhəmiyyət kəsb edir.

    AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

    O qeyd edib ki, Türkiyə, Azərbaycan və Naxçıvan dünyanın əsas metallogenik qurşaqlarından biri olan Alp-Himalay Orogenik qurşağında yerləşir:

    "Bu kəmər zəngin faydalı qazıntı yataqları ilə seçilir və aparılan kəşfiyyat işləri nəticəsində yeni yataqların aşkarlanması təəccüblü deyil.

    Əminəm ki, birgə səylərimiz həm bizim, həm də siz – qardaş və bacılarımız üçün olduqca mühüm nəticələr verəcək. Bu prosesdə bəlkə də ən vacib addım Naxçıvanda həyata keçiriləcək layihə olacaq. Layihə çərçivəsində çöl işlərinə start verilir, daha sonra isə qazma və kəşfiyyat mərhələləri ilə davam etdiriləcək.

    Bu kimi birgə geoloji kəşfiyyat layihələrinin inkişafı üçün həm nazirliklərarası Anlaşma Memorandumlarının, həm də elmi və institusional səviyyədə protokol və sazişlərin imzalanmasına böyük önəm verirəm. Naxçıvan və Qarabağda reallaşdırılan bu layihələr hər iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək strateji faydalı qazıntıların aşkara çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır".

    #Türkiyə #Qarabağ #Naxçıvan #Türkiyənin Energetika və Təbiii Sərvətlər Nazirliyi #anlaşma #memorandum #Əməkdaşlıq memorandumu #elektrik enerjisi #Beynəlxalq Geologiya-Mədənçilik Forumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    21 İyul 2026 19:05

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    İran Energetika Nazirliyi ABŞ hücumlarından sonra əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb

    17 İyul 2026 18:24

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    16 İyul 2026 20:21

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30
    XƏBƏR LENTİ

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    Səudiyyədə istifadəsiz torpaqlar tikintiyə cəlb olunacaq

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.