#Türkiyənin Energetika və Təbiii Sərvətlər Nazirliyi

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə görüş keçirib. Alparslan Bayraktar bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Türkiyənin nüvə enerjisi sahəsində inkişafında mühüm rol oynayır. Nazir həmçinin Rafael Qrossinin daha əvvəl Akkuyu Atom Elektrik Stansiyasında olduğunu xatırladıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin təbii qaz ehtiyacının demək olar ki, yarısının artıq LNG (mayeləşdirilmiş təbii qaz) şəklində gəmilərlə təmin oluna biləcəyini açıqlayıb. Nazirliyin məlumatına görə, Bayraktar Türkiyənin LNG infrastrukturunun, istehlakın ən yüksək olduğu sərt qış günlərində belə ev təsərrüfatlarının qaz tələbatını tam şəkildə qarşılayacaq gücə sahib olduğunu bildirib.

Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək. Bu barədə AzerVoice Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur. Forum çərçivəsində, həmçinin, SOCAR Əliağa terminalına səfər planlaşdırılır. Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.

Azərbaycanın təbii qazı 2 avqustdan etibarən Türkiyə üzərindən Suriyaya nəql olunacaq. Layihə Azərbaycanla “swap” mexanizmi çərçivəsində həyata keçirilir. Qaz xəttinin Türkiyə ərazisində inşası tamamlanıb, Suriya tərəfi isə qəbul infrastrukturlarını hazır vəziyyətə gətirib. Maliyyələşdirmə Qətər tərəfindən təmin olunub. Gündəlik 6 milyon kub metr qaz təchizatı Suriyada 1200 MVt elektrik enerjisi istehsalına imkan yaradacaq, əlavə 500 MVt-lıq elektrik ixracı ilə ölkədə enerji təminatı gündəlik 10 saata qədər artırılacaq.