Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük - Sevil Mikayılova 

    7 Oktyabr 2024 21:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük - Sevil Mikayılova 
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük.

     AzerVoice xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

    Onun sözlərinə görə, ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciətinə cavab olaraq, Milli Məclisin deputatlarının xarici işlər naziri Ceyhun Bayramova ünvanladıqları məktub adekvatdır.

    “Əsaslandırmalar öz yerində, amma rəsmi Vaşinqtonun son dövrlərdə Azərbaycana qarşı qərəzli, təktərəfli siyasəti və Azərbaycana qarşı hədələr, okeanın o biri tərəfindən kifayət qədər əsassız ittihamlarla dolu bəyanatlarının cavabı olaraq, qərara gəldik ki, biz belə bir müraciət edək. Madam ki, ABŞ Azərbaycanla əməkdaşlıq kursunu fərqli bir istiqamətə yönləndirib, onda Azərbaycan tərəfi də bu əməkdaşlıq və qarşılıqlı münasibətlərə yenidən baxmalıdır”, - deyə S.Mikayılova deyib.

    Təxminən 60-a yaxın konqres üzvünün Entoni Blinkine müraciət edərək Azərbaycana qarşı sanksiyaların həyata keçirilməsini istədiklərini bildirən Sevil Mikayılova qeyd edib ki, bu artıq siyasi sinizmin ən yüksək səviyyəsidir.

    “Biz müstəqilliyimizi bərpa etdikdən sonra ABŞ ilə kifayət qədər konstruktiv münasibətlər qurmağa çalışdıq. Gəlin ilk illərə qayıdaq. 1992-ci illər, hansı ki, Azərbaycan yenicə öz müstəqilliyini Sovetlər İmperiyasından qazandı. Bu o Sovetlər İmperiyası idi ki, düz 70 il ABŞ ilə soyuq müharibə şəraitində idi və Azərbaycanda onun daxilində idi. Belə bir şəraitdə Azərbaycan 1992-ci ildə Sovetlər İmperiyasından ayrılanda digər respublikalardan fərqli olaraq, böyük bir problem ilə ayrıldı. Qarabağ münaqişəsi ortada idi və ərazilərimiz işğal olunmuşdu. Amma işğal faktına baxmayaraq, yenə də sinik, iküzlü şəkildə ABŞ Azərbaycana qarşı 907-ci Azadlığa dəstək haqqında akta əlavəni qəbul etdi. Düşünürük ki, bu elə həmin dövr üçün də kifayət qədər ədalətsiz qərar idi. Amma biz yenə də buna baxmayaraq, 1997-ci ildən bəri əməkdaşlığı irəliyə apardıq və bundan əvvəl biz 1994-cü ildə Əsrin müqaviləsini imzalayanda ABŞ-nin neft şirkətlərini də buraya dəvət etdik ki, onlarla iqtisadi sahədə əməkdaşlıq edək. Çünki düşünürdük ki, iqtisadi əməkdaşlığımız digər əməkdaşlıqlar üçün də kifayət qədər platforma formalaşdırır”, - deyə S.Mikayılova bildirib.

    Sevil Mikayılova qeyd edib ki, Azərbaycan çox mürəkkəb bir regionda yerləşir.

    “Cənuni Qafqazda qonşularımıza baxsaq, yuxarıdan Rusiya Federasiyası, aşağıdan İran, bunlar hər ikisi ABŞ-nin ənənəvi siyasi düşmənləridir. Buna baxmayaraq, Azərbaycan belə bir şəraitdə öz ərazisini Əfqanıstanda aparılan humanitar missiyadan istifadə etmək üçün də təklif etdi. Belə bir səmimi, ədalətli yanaşmadan sonra indi ABŞ təktərəfli qaydada Ermənistanı dəstəkləyir. Bu gün Ağ Evin sözçüsü Ceyms O’Brayan gizlətmir ki, ABŞ Ermənistan və Azərbaycanı Moskvanın təsirindən qorumağa çalışır. Bu təsirindən qorumaq deyil, əksinə təsir altına salmaq deməkdir. Siz əgər Azərbaycan və Ermənistanın müstəqilliyi üçün mübarizə aparırsınızsa, tamamilə fərqli bir yanaşma nümayiş etdirməlisiniz. Bu dövlətlərə təzyiq yox, əksinə dəstək ifadə etməli idiniz. Amma son müraciət, ümumilikdə isə Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə biz artıq təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük”, - deyə S.Mikayılova əlavə edib.

    Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük - Sevil Mikayılova 
    #Sevil Mikayılova #abş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

    1 İyul 2026 12:49

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14

    15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

    15 İyun 2026 09:25

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir - Sevil Mikayılova

    17 May 2026 15:46

    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova

    5 May 2026 12:56

    İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova

    23 Aprel 2026 17:03

    Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib

    16 Aprel 2026 18:27

    Deputat Sevil Mikayılova Parlamentlərarası İttifaqda yüksək vəzifəyə təyin olunub

    15 Aprel 2026 11:21
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.