Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir - Sevil Mikayılova

    18 Yanvar 2025 11:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir - Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir.

    Bunu AzerVoice-ə Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

    "1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir. Bu gün azadlıq və müstəqillik uğrunda şəhid olanların xatirəsi dərin ehtiramla yad edilir. Faciə təkcə müstəqillik mübarizəsinin bir hissəsi deyil, həm də totalitar Sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətdir.

    1987-ci ildən başlayaraq, Ermənistandakı azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri bölgədə gərginliyi artırdı. SSRİ rəhbərliyi isə bu gərginliyi aradan qaldırmaq əvəzinə, Azərbaycan xalqına qarşı hərbi cinayət törətmək yolunu seçdi. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu ağır texnika və müxtəlif silahlarla Bakıya daxil olaraq dinc əhalini qətlə yetirdi", - S.Mikayılova bildirib.

    Onun sözlərinə görə, "Qanlı Bakı əməliyyatı" SSRİ-nin Müdafiə, Daxili İşlər Nazirlikləri və DTK-nın xüsusi qoşunları tərəfindən həyata keçirildi.

    "Fövqəladə vəziyyət rəsmi olaraq 20 yanvarda elan edilsə də, hərbi əməliyyatlar bir gün əvvəl başlamışdı. Bu qətliam zamanı 147 nəfər öldürüldü, yüzlərlə insan yaralandı, minlərlə şəxs qanunsuz həbs edildi. Dövlət və şəxsi əmlaka böyük maddi ziyan vuruldu.

    Ümummilli Lider Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. O, bu qanlı hadisəni "tarixi cinayət" adlandıraraq, SSRİ rəhbərliyini kəskin tənqid etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul edilən qərar faciənin rəsmi səviyyədə tanınmasının əsasını qoydu.

    Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin əsl mahiyyətini üzə çıxardı və bu faciəyə düzgün siyasi-hüquqi qiymət verildi. 1994-cü il yanvarın 12-də keçirilən müşavirədə Heydər Əliyev bu hadisələri xalqımıza qarşı törədilmiş təcavüz kimi xarakterizə edərək, günahkarların hələ də cəzasız qaldığını vurğulamışdı", - o bildirib.

    S.Mikayılova qeyd edib ki, 1994-cü ildə Milli Məclis 20 Yanvar hadisələrini Sovet rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti kimi qiymətləndirdi.

    "Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər Xiyabanında "Əbədi məşəl" kompleksi ucaldıldı və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

    Prezident İlham Əliyev hər zaman şəhid ailələrinin sosial rifahının yüksəldilməsinə xüsusi diqqət yetirir. 2006-cı ildən etibarən 20 Yanvar şəhidlərinin ailələri və əlilliyi olan şəxslər üçün Prezident təqaüdləri təsis edilib, müvafiq yardımlar artırılıb. Həmçinin, Şəhidlər Xiyabanında və digər memorial komplekslərdə yenidənqurma işləri aparılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu şəxslər üçün mənzillər və avtomobillər təqdim edilib, onların reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib. Prezidentin aylıq təqaüdlərinin 3 dəfəyə yaxın artırılması bu sahədə aparılan islahatların davamıdır.

    20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda iradəsini daha da möhkəmləndirdi. Bu hadisələr Sovet imperiyasının Azərbaycanda siyasi dayaqlarını zəiflətdi və müstəqillik hərəkatını daha da gücləndirdi. Şəhidlərin qanı ilə yazılmış bu tarix azərbaycanlıların milli mənliyini, iradəsini və azadlıq sevgisini əbədi olaraq ifadə edir", - S.Mikayılova bildirib.

    Deputat vurğulayıb ki, qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq hərəkatının zirvəsi hesab olunur.

    "Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə açdılar. Xalqın birliyi və milli ləyaqət hissi həmin gün top-tüfəngə qalib gəldi, bu da 20 Yanvarı səciyyələndirən ən mühüm məqamdır.

    20 Yanvar hadisələri dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb olmuş, milli faciəmizin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində ilk addımlar atılıb. Həmçinin, bu hadisələr Azərbaycan milli kimliyinin formalaşmasında mühüm rol oynayaraq xalqın müstəqillik arzularını dönməz siyasi reallığa çevirib.

    Hər il yanvarın 20-də saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, dövlət bayraqları endirilir. Bu, Azərbaycanın şəhidlərinə olan ehtiramının bariz nümunəsidir.

    Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq və gələcək nəsillər üçün bir ibrət dərsi olaraq yaşadacaq", - S.Mikayılova əlavə edib.

    #Sevil Mikayılova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

    1 İyul 2026 12:49

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14

    15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

    15 İyun 2026 09:25

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir - Sevil Mikayılova

    17 May 2026 15:46

    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova

    5 May 2026 12:56

    İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova

    23 Aprel 2026 17:03

    Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib

    16 Aprel 2026 18:27

    Deputat Sevil Mikayılova Parlamentlərarası İttifaqda yüksək vəzifəyə təyin olunub

    15 Aprel 2026 11:21
    XƏBƏR LENTİ

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Oman sahilləri yaxınlığında tanker və hərbi qüvvələr arasında insident qeydə alınıb

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    Xamenei ABŞ-ı "etibarsızlıqda" ittiham edib, milli birliyə çağırış edib

    Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını sərt şəkildə pisləyib

    ABŞ prezidentinin imzası "dəyərsiz və etibarsızdır" - Müctəba Xamenei

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.