Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Xocalıda törədilən vəhşilikləri təsvir etmək mümkün deyil - Sevil Mikayılova

    26 Fevral 2024 15:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xocalıda törədilən vəhşilikləri təsvir etmək mümkün deyil - Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət, soyqırımı əməlidir.

    Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

    S.Mikayılova bildirib ki, Xocalı soyqırımı dünya tarixində ən amansız cinayətdir:

    "Bu soyqırımı Ermənistan silahlı qüvvələri tərəfindən planlı şəkildə hazırlanıb. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyilə Xocalı əhalisinə qarşı bəşəriyyətin ən ağır cinayətlərindən birini törətdi.

    Xocalı soyqırımı zamanı şəhərin 5 379 nəfər əhalisi kütləvi hücuma məruz qaldı, 1 275 insan əsir və girov götürülərək onlara işgəncələr verildi. Onlardan 150 nəfərin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi, 613 nəfər, o cümlədən, 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü”.

    Deputat vurğulayıb ki, Xocalıda törədilən vəhşilikləri təsvir etmək mümkün deyil.

    “Ermənilər azərbaycanlıları qətlə yetirməklə kifayətlənməyərək, meyitlər üzərində təhqiramiz hərəkətlər ediblər, insanları öldürdükdən sonra müxtəlif orqanlarını kəsiblər. Bütün bunlar insanlığa sığmayan cinayətdir.

    Ermənilərin qatı millətçi mahiyyəti, başqa ölkələrin torpaqlarına iddiaları, “böyük Ermənistan” xülyaları onları bu cür ağılasığmaz qəddarlıqlar törətməyə sövq edib.

    Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində görülən ən mühüm tədbirlərdən biri də “Xocalıya ədalət” kampaniyasıdır. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir.

    Məhz bu kampaniya çərçivəsində Xocalı soyqırımı barədə həqiqətlər dünyaya tanıdılıb, çoxsaylı ölkələrdə geniş tədbirlər keçirilib.

    Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-nin 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb”.

    S.Mikayılova bildirib ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı və azərbaycanlılara qarşı törədilmiş cinayətlərin qisasını döyüş meydanında aldı.

    Bütün bunlara baxmayaraq, bu cür erməni vəhşiliyini unutmaq mümkün deyil. Xocalı soyqırımının tanıdılması istiqamətində tədbirlər bundan sonra da genişləndirilməlidir. Erməni cinayətkarlarının Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri, qəddarıqları, onların əsl milliyyyətçi və faşist mahiyyətini daha geniş formada dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq”.

    #Sevil Mikayılova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

    1 İyul 2026 12:49

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14

    15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

    15 İyun 2026 09:25

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir - Sevil Mikayılova

    17 May 2026 15:46

    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova

    5 May 2026 12:56

    İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova

    23 Aprel 2026 17:03

    Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib

    16 Aprel 2026 18:27

    Deputat Sevil Mikayılova Parlamentlərarası İttifaqda yüksək vəzifəyə təyin olunub

    15 Aprel 2026 11:21
    XƏBƏR LENTİ

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    Kəhf surəsi nədən bəhs edir?

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.