Hərb tarixi: Döyüş xronikası

1961-ci ilin 17 aprel tarixində dünya siyasətinin axınını dəyişən və tarixin ən səs-küylü hərbi uğursuzluqlarından biri hesab olunan "Donuzlar körfəzi" əməliyyatı başlayıb. 1959-cu ildə Kubada Fulxensio Batistanın devrilməsi və Fidel Kastronun hakimiyyətə gəlişi ilə ABŞ-Kuba münasibətləri gərginləşməyə başladı. Kastronun ölkədəki neft emalı zavodlarını, bankları və şəkər plantasiyalarını milliləşdirməsi Vaşinqtonun sərt reaksiyasına səbəb oldu. Xüsusilə ABŞ-a məxsus "Esso" və "Shell" kimi nəhəng şirkətlərin aktivlərinin müsadirə edilməsi, Ağ Evi Kastronu devirmək üçün gizli planlar hazırlamağa sövq etdi.

14 Aprel tarixi dünya miqyasında bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Aşağıda bu gün baş vermiş mühüm tarixi hadisələrin xronoloji icmalını təqdim edirik:

13 aprel 1873-cü ildə Luiziana ştatının Kolfaks qəsəbəsində ağ dərili irqçilərdən ibarət silahlı qrup, əsasən qaradərililərdən ibarət milis dəstəsi tərəfindən qorunan məhkəmə binasına hücum etdi. Milis dəstəsinin təslim olmasına baxmayaraq, ağ dərili irqçilərin gün boyu davam edən terror kampaniyası nəticəsində qanlı bir qırğın baş verdi; bu hadisə tarixə Kolfaks qırğını kimi düşdü.