Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb

    24 İyun 2026 20:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyası çərçivəsində İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Milli Məclisin sədri qonağı salamlayaraq, Məhəmməd Baqir Qalibafla əvvəlki görüşlərini məmnunluqla xatırladıb.

    Spiker Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının mühüm rolunu qeyd edib və bu konfransın həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib. İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin bu səfərinin də parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyinə inam ifadə edilib.

    Söhbət zamanı Azərbaycan və İran arasında münasibətlərin hazırki səviyyəsindən məmnunluq ifadə olunub. Milli Məclisin sədri Sahibə Qafarova əlaqələrin bundan sonra da iki dost və qonşu ölkə arasında münasibətlərə uyğun şəkildə inkişaf edəcəyinə inamını bildirib. Qeyd olunub ki, hazırda iki ölkə arasında müxtəlif layihələr həyata keçirilir, yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilir və bütün bunlar ikitərəfli əməkdaşlığın daha da inkişafına təkan verəcək.

    Görüşdə regionda baş verən son proseslər də müzakirə olunub. Spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, aparılan danışıqlar regionda gərginliyin azalmasına, davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edəcək. Eyni zamanda, diqqətə çatdırılıb ki, məlum hadisələr zamanı Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan İrana ilk humanitar yardım göndərən ölkə olub. Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyev İran səfirliyinə gələrək matəm kitabını imzalayıb və xarici ölkədəki İran səfirliyinə gedən yeganə dövlət başçısı məhz Azərbaycan Prezidenti olub.

    Görüşdə parlamentlərarası əlaqələrin iki ölkə arasındakı münasibətlərdə özünəməxsus rolu qeyd olunaraq, tərəflərin parlamentlərarası əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqları diqqətə çatdırılıb.

    Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqları, həmçinin müxtəlif səviyyələrdə digər təmaslar qeyd olunub. İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Prezident İlham Əliyevin İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsini, İran səfirliyinə gələrək matəm kitabını imzalamasını yüksək qiymətləndirib və buna görə təşəkkürünü ifadə edib. O, müharibə dövründə Azərbaycan dövləti və xalqının atdığı addımlara, göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib və bunların İran xalqı üçün çox dəyərli olduğunu vurğulayıb.

    İran parlamentinin sədri qeyd edib ki, onun Azərbaycana səfəri və tədbirdə iştirakı da bu təşəkkürün ifadəsidir. O, göstərilən dəstəyə və yardıma görə Azərbaycan Prezidentinə, dövlətinə və xalqına təşəkkür edib.

    Qonaq son bir il ərzində Azərbaycan və İran arasında əlaqələrdə daha böyük inkişafın müşahidə olunduğunu, xüsusilə iki ölkənin prezidentləri arasında müntəzəm təmasları vurğulayıb.

    Məhəmməd Baqir Qalibaf, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının uğurla təşkil olunduğunu vurğulayıb və İƏT Parlament İttifaqında növbəti dövr üzrə sədrlik fəaliyyətində Milli Məclisin sədrinə uğurlar arzulayıb. O, regionda müsəlman ölkələri arasındakı münasibətlərin əhəmiyyətini qeyd edib.

    İran parlamentinin sədri qanunvericilik orqanları arasında münasibətlərin mövcud səviyyəsindən razılığını bildirərək, əlaqələrin daha da genişlənməsinin parlamentlərarası əməkdaşlığın inkişafına mühüm təsir göstərəcəyini söyləyib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
    #İran #Azərbaycan #Bakı #Milli Məclis #Sahibə Qafarova #İƏT #diplomatiya #humanitar yardım #parlament #Məhəmməd Baqir Qalibaf #regional siyasət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 21:19

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    22 Avqust 2026 21:07

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    22 Avqust 2026 20:32

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    22 Avqust 2026 18:36

    İran “Cənubi Pars”da müharibədə zədələnmiş zavodun 70 faizini bərpa edib

    22 Avqust 2026 18:28

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    İran eyni vaxtda iqtisadi təzyiq və diplomatik dalanla üzləşib

    22 Avqust 2026 18:14

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 14:57

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    22 Avqust 2026 11:49

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    22 Avqust 2026 10:53

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34
    XƏBƏR LENTİ

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.