Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Şimali Afrika / Misir
    Misir

    Misir Trampın Qəzzada sülhün davam etdirilməsi cəhdini alqışlayır

    13 Mart 2025 14:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Misir Trampın Qəzzada sülhün davam etdirilməsi cəhdini alqışlayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Misir Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Qəzza zolağı sakinlərinin bölgəni tərk etmələri ilə bağlı hər hansı çağırış etməməsini alqışlayıb.

    AzerVoice xəbər verir ki, nazirliyin yaydığı bəyanatda qeyd edilir ki, Trampın bu mövqeyi Qəzzadakı humanitar vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq və Fələstin məsələsinə ədalətli və davamlı həll tapmaq üçün vacib addım kimi qiymətləndirilir.

    Misir hakimiyyəti bütün tərəfləri Yaxın Şərqdə sülhün və sabitliyin təmin olunması üçün diplomatik səyləri artırmağa çağırıb. Nazirlik Trampın münaqişələrin həlli və sülh təşəbbüslərinə yönəlmiş mövqeyinin Fələstin xalqının qanuni hüquqlarını nəzərə alaraq, 1967-ci il sərhədləri çərçivəsində müstəqil dövlət qurmaq üçün əsas ola biləcəyini bildirib.

    Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martinlə görüşündə çıxış edərək bildirib ki, Qəzza sakinlərinin deportasiyası məsələsi gündəmdə deyil. “Heç kim Qəzzadan heç kimi deportasiya etməyəcək”, - deyə Tramp vurğulayıb. HƏMAS-ın sözçüsü Hazem Qassim də ABŞ prezidentinin bu mövqeyini alqışlayıb.

    #Fələstin #Qəzza zolağı #ABŞ #Misir #Donald Tramp #Trampın Qəzza planı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    23 İyul 2026 11:08

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    22 İyul 2026 22:26

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    22 İyul 2026 22:00

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    22 İyul 2026 21:52

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    22 İyul 2026 21:49

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    22 İyul 2026 21:11

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    22 İyul 2026 20:16

    İyunun 27-dən bəri 53 mülki şəxs həlak olub - İran Səhiyyə Nazirliyi

    22 İyul 2026 20:12

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    22 İyul 2026 20:08

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    İrana qarşı əməliyyatlara ABŞ ictimaiyyətinin münasibəti necədir?

    22 İyul 2026 19:55

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    22 İyul 2026 19:37
    XƏBƏR LENTİ

    Suriyalı investorların Türkiyəyə yatırımı 2 milyard lirəni keçib – ÖZƏL

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    Türkiyədə Rusiya kapitallı yeni şirkətlərin sayı artıb – ÖZƏL

    Qazaxıstanda ilk dəfə aerotaksi sınaqdan keçirilir

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

    Heç bir faktor İran-İraq bağlarını poza bilməz - Pezeşkian

    İsrail ordusu Qəzzada 12 futbolçunu öldürüb

    ABŞ Nümayəndələr Palatası 95 milyard dollarlıq paketi təsdiqləyib

    Rubio və Lavrov Manilada görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.