Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanındakı Kral Xalid aviabazası və bir sıra enerji obyektlərinə raket zərbələri endirdiyini açıqlayıb. Məlumata əsasən, Yəmən ordusu bundan əvvəl də Səudiyyənin Cizan bölgəsində yerləşən dövlətə məxsus "Saudi Aramco" şirkətinin neft obyektinə bir neçə ballistik raketlə zərbə endirdiyini bəyan edib. İddialara görə, hücumdan sonra Cizanın bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.