Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Yaxın Şərqə bəzi uçuşlar bərpa olunur, məhdudiyyətlər isə davam edir

    2 İyul 2026 18:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaxın Şərqə bəzi uçuşlar bərpa olunur, məhdudiyyətlər isə davam edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Yaxın Şərqdə gərginliyin azalması istiqamətində diplomatik səylərin güclənməsi ilə bəzi hava yolları şirkətləri bölgəyə uçuşları mərhələli şəkildə bərpa etməyə başlayıb. Bununla yanaşı, bir çox şirkət təhlükəsizlik səbəbindən bəzi marşrutlar üzrə məhdudiyyətləri qüvvədə saxlayır.

    VOA xəbər verir ki, ABŞ-nin "Delta" hava yolu şirkəti Atlanta–Təl-Əviv marşrutu üzrə uçuşları dekabrın 18-dək dayandırıb. Şirkət Nyu-York–Təl-Əviv reyslərini sentyabrın 6-dan bərpa etməyi planlaşdırır. Boston–Təl-Əviv marşrutunun açılışı isə növbəti qəraradək təxirə salınıb.

    Fransanın "Air France" hava yolu şirkəti Təl-Əvivə uçuşları iyulun 2-dək, Dubaya uçuşları iyulun 5-dək, Beyruta uçuşları isə iyulun 9-dək dayandırıb. Şirkətin Niderlanddakı tərəfdaşı "KLM" isə Ər-Riyad, Dəmmam və Dubaya reysləri avqustun 23-dək həyata keçirməyəcəyini açıqlayıb.

    Almaniyanın "Lufthansa" və İtaliyanın "ITA Airways" hava yolu şirkətləri iyulun 1-dən Təl-Əvivə uçuşları bərpa edib. Bununla yanaşı, İsveçrənin "SWISS" hava yolu şirkəti uçuşların bərpasını avqust ayına qədər təxirə salıb. "Brussels Airlines" isə Təl-Əvivə reysləri oktyabrın 24-dək dayandırıb.

    "Lufthansa" və "SWISS" Dubaya uçuşları sentyabrın 13-dək həyata keçirməyəcək. Bundan başqa, "Lufthansa", "SWISS", "Austrian Airlines" və "Brussels Airlines" Əbu-Dabi, Əmman, Beyrut, Dəmmam, Ər-Riyad, Ərbil, Müsqət və Tehrana uçuşları oktyabrın 24-dək dayandırıb.

    Kanadanın "Air Canada" hava yolu şirkəti də Təl-Əviv və Dubaya uçuşların oktyabrın 24-dək ləğv olunduğunu açıqlayıb.

    #Dubay #Beyrut #Tehran #Yaxın Şərq #Təl-Əviv #Ər-Riyad #hava nəqliyyatı #uçuşlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    22 Avqust 2026 11:49

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51

    Heç bir halda təzyiq qarşısında boyun əyməyəcəyik - Məsud Pezeşkian

    21 Avqust 2026 18:46

    ABŞ-nin iqtisadi təzyiqi Yaxın Şərqdəki münaqişəni həll etməyəcək - Çin

    21 Avqust 2026 18:43

    Heç bir ölkəyə qarşı müharibəyə başlamamışıq və başlamayacağıq - İran

    21 Avqust 2026 18:18

    İran sərt sanksiyaların öhdəsindən gəlmək üçün plan hazırlamalıdır - Qalibaf

    21 Avqust 2026 18:08

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    İranla İraqı ayırmaq cəhdləri bizi daha da yaxınlaşdırıb - Qalibaf

    20 Avqust 2026 22:19

    ABŞ İrana qarşı dəniz mühasirəsi ilə bağlı yeni rəqəmlər açıqlayıb

    20 Avqust 2026 21:14
    XƏBƏR LENTİ

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.