Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanında miqrasiya əməliyyatı: Minlərlə saxlanılan var

    25 Aprel 2026 18:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Ərəbistanında miqrasiya əməliyyatı: Minlərlə saxlanılan var
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Səudiyyə Ərəbistanında qanunsuz miqrasiya və əmək bazarının tənzimlənməsi məqsədilə keçirilən genişmiqyaslı təhlükəsizlik əməliyyatları nəticəsində bir həftə ərzində 12 min 192 nəfər həbs edilib.

    VOA xəbər verir ki,Səudiyyə Press Agentliyinin (SPA) şənbə günü yaydığı rəsmi məlumatda bildirilir ki, saxlanılan şəxslər yaşayış (iqamə), əmək qanunvericiliyi və sərhəd təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunurlar. Statistikaya əsasən, həbs olunanların 6 606 nəfəri yaşayış qaydalarını, 3 min 510 nəfəri sərhədi qanunsuz keçmə cəhdlərini, 2 min 076 nəfəri isə əmək sahəsindəki qayda pozuntularını törədiblər.

    Krallığa qanunsuz yollarla girməyə çalışan min 454 nəfər arasında Efiopiya (67%) və Yəmən (32%) vətəndaşları üstünlük təşkil edir. Əməliyyat çərçivəsində təkcə sərhədi keçmək istəyənlər deyil, həm də qanunsuz miqrantlara nəqliyyat və sığınacaq şəraiti yaradan, onları gizlədən 22 vasitəçi də saxlanılıb.

    Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi qanunsuz miqrasiya ilə mübarizəni sərtləşdirdiyini bəyan edərək xəbərdarlıq edib ki, bu prosesdə hər hansı formada vasitəçilik edən və ya köməklik göstərən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə və 1 milyon rial (təxminən 267 000 dollar) məbləğində cərimə gözləyir. Bundan əlavə, həmin şəxslərin nəqliyyat vasitələri və mülkləri də dövlət xeyrinə müsadirə ediləcək. Rəsmilər vətəndaşları və rezidentləri şübhəli hallarla bağlı dərhal müvafiq qaynar xətlər vasitəsilə məlumat verməyə çağırıblar.

    #Səudiyyə Ərəbistanı #Səudiyyə Ərəbistanına səfər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    3 Sentyabr 2026 09:17

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    2 Sentyabr 2026 19:18

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    2 Sentyabr 2026 16:21

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    2 Sentyabr 2026 14:27

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    2 Sentyabr 2026 12:40

    840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı

    1 Sentyabr 2026 19:35

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    31 Avqust 2026 12:43
    XƏBƏR LENTİ

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.