#Səudiyyə Ərəbistanına səfər

Xaricdən gələn zəvvarların sayı 5 milyon 769 min 271 nəfər təşkil edib. Onların 86 faizi hava yolu, 13.6 faizi quru yolu, 0.4 faizi isə dəniz yolu vasitəsilə Krallığa daxil olub. Ölkə daxilindən ziyarət edənlərin sayı isə 9 milyon 464 min 496 nəfər olub. Daxili zəvvarların 53.5 faizini qeyri-səudiyyəlilər təşkil edib; ümumi bölgüdə kişilər 66.2 faiz, qadınlar isə 33.8 faiz paya sahib olub.

Səudiyyə Ərəbistanında qanunsuz miqrasiya və əmək bazarının tənzimlənməsi məqsədilə keçirilən genişmiqyaslı təhlükəsizlik əməliyyatları nəticəsində bir həftə ərzində 12 192 nəfər həbs edilib. Səudiyyə Press Agentliyinin (SPA) şənbə günü yaydığı rəsmi məlumatda bildirilir ki, saxlanılan şəxslər yaşayış (iqamə), əmək qanunvericiliyi və sərhəd təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunurlar. Statistikaya əsasən, həbs olunanların 6 606 nəfəri yaşayış qaydalarını, 3 510 nəfəri sərhədi qanunsuz keçmə cəhdlərini, 2 076 nəfəri isə əmək sahəsindəki qayda pozuntularını törədiblər.

Səudiyyə Ərəbistanı Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunmuş tarixi razılaşmanı dəstəklədiyini bəyan edib. Krallığın Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda Dəməşq ilə SDQ arasında əldə olunan 14 bəndlik sazişi müsbət addım kimi qiymətləndirib. Razılaşmaya əsasən, bütün SDQ qüvvələri Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinin tərkibinə daxil ediləcək. Həmçinin kürd birləşmələrinin Fərat çayının şərqinə çəkilməsi və Deyr əz-Zor ilə Rəqqa vilayətlərinin idarəetməsinin dərhal mərkəzi hökumətə təhvil verilməsi nəzərdə tutulur. Sənədə görə, Suriya dövləti bölgədəki bütün sərhəd keçid məntəqələri, neft və qaz yataqları üzərində nəzarəti tam bərpa edəcək.