BAKI,VOA, Nailə Babazadə
Səudiyyə Rəsmi Agentliyinin (SPA) məlumatına görə, Xarici İşlər nazirinin müavini Vəlid Əl-Xereyci Misirin Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və xaricdə yaşayan misirlilərlə iş üzrə nazirinin Afrika məsələləri üzrə müavini səfir Məhəmməd Əbubəkri nazirliyin Ər-Riyaddakı qərargahında qəbul edib.
Görüşdə ikitərəfli əməkdaşlıq, mövcud çağırışlara qarşı birgə fəaliyyətin gücləndirilməsi yolları, habelə regional hadisələr və onların həlli istiqamətində göstərilən səylər müzakirə olunub.