Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Arab+
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Tramp SDQ-yə qarşı Şəraanı dəstəklədiyini bildirib

    28 Yanvar 2026 20:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp SDQ-yə qarşı Şəraanı dəstəklədiyini bildirib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Vaşinqton yeni Suriya rəhbərliyinin ölkəni birləşdirmə səylərini dəstəklədiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Dəməşqin Suriya Demokratik Qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatlardan sonra sahədəki inkişaflardan məmnunluğunu ifadə edərək, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı apardığını bəyan edib.

    Məlumata görə, iki lider arasında baş tutan telefon danışığı Əhməd əş-Şəraanın Moskva səfəri ərəfəsində reallaşıb. Qeyd olunur ki, Moskva devrilmiş Suriya Prezidenti Bəşşar əl-Əsədin əsas siyasi dayaqlarından biri olub.

    Donald Tramp jurnalistlərə açıqlamasında Əhməd əş-Şəraa ilə görüşünü yüksək qiymətləndirərək, söhbətin Suriya və regionla bağlı bütün əsas məsələləri əhatə etdiyini bildirib. ABŞ Prezidenti Suriyada proseslərin müsbət istiqamətdə irəlilədiyini və bundan məmnun olduqlarını vurğulayıb.

    Trampın bu mövqeyi ABŞ Konqresindəki bəzi müttəfiqlərinin, xüsusilə senator Lindsi Qremin Suriyaya qarşı yenidən sanksiyaların tətbiqi çağırışları ilə ziddiyyət təşkil edir. Senator Qrem eyni zamanda Trampın regionda sabitliyin bərpasına töhfə verdiyini iddia edərək, Səudiyyə Ərəbistanını Suriyaya təsir imkanlarından istifadə etməyə çağırıb.

    Məlumata əsasən, Suriya ordusu SDQ terror təşkilatı dəstələrinin müharibə dövründə nəzarətə götürdüyü ölkənin şimal və şərq bölgələrində nəzarəti bərpa etmək məqsədilə əməliyyatlara başlayıb. Əhməd əş-Şəraa Tramp ilə söhbəti zamanı Suriyanın ərazi bütövlüyünə, milli suverenliyinə sadiq qaldığını, dövlət institutlarının qorunması və vətəndaş barışının möhkəmləndirilməsində qətiyyətli olduqlarını vurğulayıb.

    Xatırladaq ki, ABŞ uzun illər İŞİD-lə mübarizədə SDQ-ni əsas tərəfdaşlardan biri kimi dəstəkləyib. Lakin Əsəd rejiminin devrilməsindən sonra Vaşinqton Suriyada yeni hakimiyyətin ölkəni birləşdirmə cəhdlərinə dəstəyini açıq şəkildə ifadə etməyə başlayıb. ABŞ-ın Dəməşqdəki səfiri Tom Barrak da son açıqlamasında SDQ-nin İŞİD-lə mübarizədə rolunun artıq başa çatdığını bildirib.

    #Trump #Tramp Şamın SDQ-yə qarşı əməliyyatından sonra Şaranı tərifləyib #ABŞ Prezidenti Suriyada proseslərdən məmnunluğunu bildirib #Tramp və Şara arasında telefon danışığı baş tutub #Vaşinqton Suriyanın ərazi bütövlüyünə dəstəyini açıqlayıb #Suriya ordusunun SDQ-yə qarşı əməliyyatları ABŞ-da müzakirə olunur #Tramp: Suriyada işlər müsbət istiqamətdə gedir #Şam’ın SDG operasyonu sonrası Şara’yı övdü #ABD Başkanı Suriye’deki gelişmelerden memnun #Trump ile Suriye lideri Şara arasında kritik görüşme #Washington Suriye’nin toprak bütünlüğünü destekliyor #SDG’ye karşı operasyon ABD gündeminde #Trump: Suriye’de işler iyi gidiyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yəməndə 2022-ci ildən bəri genişmiqyaslı müharibə təhlükəsi ən yüksək həddə çatıb - BMT

    13 Avqust 2026 22:03

    “Hizbullah” tərksilah edilmədən İsrail Livandan çəkilməyəcək - Kats

    13 Avqust 2026 19:00

    İraqın yüksək səviyyəli təhlükəsizlik heyəti Ər-Riyada gəlib

    13 Avqust 2026 18:56

    HƏMAS Cenin yaxınlığında qanunsuz məskunlaşmaların bərpasını pisləyib

    13 Avqust 2026 18:22

    Livan rəhbərliyi cənubdakı İsrail hücumlarını müzakirə edib

    13 Avqust 2026 18:19

    Yəmən qüvvələri İranın dəstəklədiyi husilərin hücumunun qarşısını alıb

    13 Avqust 2026 18:17

    Qəzzada ölənlərin sayı 73 389-a çatıb

    13 Avqust 2026 17:40

    Yəmənin xarici işlər naziri Husilərin gərginliyi artırmasında İranı günahlandırdı

    13 Avqust 2026 10:04

    Netanyahu Qəzza məsələsində Trampa qarşı çıxır - səbəb nədir?

    13 Avqust 2026 09:00

    Trampdan Si Cinpinlə telefon danışığı aparıb

    4 Fevral 2026 20:36

    Tramp İran, Böyük Britaniya və Kubaya xəbərdarlıq edib

    30 Yanvar 2026 09:50

    Tramp Qrenlandiya məsələsinə görə Avropaya qarşı tariflər tətbiq edəcəyini açıqladı

    17 Yanvar 2026 22:43
    XƏBƏR LENTİ

    Bu gün Çin Almaniyaya müharibə elan etdi

    Tarixdə bu gün –14 Avqust

    Kanada və ABŞ avqustun 19-dək ticarət razılaşması əldə etməyə çalışır

    Yəməndə 2022-ci ildən bəri genişmiqyaslı müharibə təhlükəsi ən yüksək həddə çatıb - BMT

    “Google” proqramlaşdırma üçün yeni “Gemini 3.7 Flash” süni intellekt modelini təqdim edib

    Omandakı nəhəng neft sızması hansı fəsadlara səbəb ola bilər?

    Pit Heqset “Abraham Linkoln” gəmisindəki ağır şəraitlə bağlı məlumatları təkzib edib

    “Philips” və “Shell” kiberhücumun hədəfinə çevrilib

    Ərəb Dövlətləri Liqası Əl-Əqsa məscidinə basqını pisləyib

    Britaniya şirkəti Oman sahillərində neft sızmasının qarşısını almaq üçün əməliyyata başlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.