ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı apardığını açıqlayıb. Donald Tramp telefon danışığında ticarət, hərbi məsələlər, aprel ayında Çinə planlaşdırılan səfər, Tayvan ətrafındakı vəziyyət, Rusiya–Ukrayna müharibəsi, İranla bağlı proseslər, eləcə də Çinin ABŞ-dan neft, təbii qaz və kənd təsərrüfatı məhsulları idxalı kimi mövzuların müzakirə edildiyini bildirib.
#Trump
ABŞ Prezidenti İranla bağlı açıqlamasında bölgəyə yönələn “güclü” hərbi gəmilərin olduğunu vurğulayıb və onların tətbiqinə ehtiyac qalmamasına ümid etdiyini deyib. Tramp İran rəhbərliyinə nüvə silahı istiqamətində addımları dayandırmaq və etirazçılara qarşı zorakılığın sonlandırılması ilə bağlı mesaj verdiyini qeyd edib. Böyük Britaniya mövzusunda isə Tramp Londonun Çinlə yeni əməkdaşlıq planlarının təhlükəli nəticələr doğura biləcəyini bildirib. Bu açıqlama Böyük Britaniya hökumətinin Çinlə iqtisadi əlaqələri genişləndirmək niyyətinin müzakirə olunduğu günlərdə səslənib.
Vaşinqton yeni Suriya rəhbərliyinin ölkəni birləşdirmə səylərini dəstəklədiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp Dəməşqin Suriya Demokratik Qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatlardan sonra sahədəki inkişaflardan məmnunluğunu ifadə edərək, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı apardığını bəyan edib. Məlumata görə, iki lider arasında baş tutan telefon danışığı Əhməd əş-Şəraanın Moskva səfəri ərəfəsində reallaşıb. Qeyd olunur ki, Moskva devrilmiş Suriya Prezidenti Bəşşar əl-Əsədin əsas siyasi dayaqlarından biri olub.
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində ABŞ nəzarətinə qarşı çıxan Avropa müttəfiqlərinə qarşı iqtisadi təzyiqləri artırmaq niyyətində olduğunu bəyan edib.Donald Tramp “Truth Social” platformasında yaydığı açıqlamada Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, İsveç, Niderland və Böyük Britaniyaya qarşı tariflərin tətbiq ediləcəyini bildirib. Prezidentin sözlərinə görə, fevralın 1-dən etibarən bu ölkələrə 10 faiz həcmində gömrük rüsumları qüvvəyə minəcək, iyunun 1-dən isə tariflər 25 faizə yüksələcək. Tramp qeyd edib ki, bu tədbirlər ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı razılaşma əldə olunana qədər davam edəcək.