#Suriya ordusunun SDQ-yə qarşı əməliyyatları ABŞ-da müzakirə olunur

Vaşinqton yeni Suriya rəhbərliyinin ölkəni birləşdirmə səylərini dəstəklədiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp Dəməşqin Suriya Demokratik Qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatlardan sonra sahədəki inkişaflardan məmnunluğunu ifadə edərək, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı apardığını bəyan edib. Məlumata görə, iki lider arasında baş tutan telefon danışığı Əhməd əş-Şəraanın Moskva səfəri ərəfəsində reallaşıb. Qeyd olunur ki, Moskva devrilmiş Suriya Prezidenti Bəşşar əl-Əsədin əsas siyasi dayaqlarından biri olub.