Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

    19 Yanvar 2026 10:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Səudiyyə Ərəbistanı Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunmuş tarixi razılaşmanı dəstəklədiyini bəyan edib.

    AzerVoice xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda Dəməşq ilə SDQ arasında əldə olunan 14 bəndlik sazişi müsbət addım kimi qiymətləndirib. Razılaşmaya əsasən, bütün SDQ qüvvələri Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinin tərkibinə daxil ediləcək. Həmçinin kürd birləşmələrinin Fərat çayının şərqinə çəkilməsi və Deyr əz-Zor ilə Rəqqa vilayətlərinin idarəetməsinin dərhal mərkəzi hökumətə təhvil verilməsi nəzərdə tutulur. Sənədə görə, Suriya dövləti bölgədəki bütün sərhəd keçid məntəqələri, neft və qaz yataqları üzərində nəzarəti tam bərpa edəcək.

    Səudiyyə Ərəbistanı rəsmi Dəməşq ilə SDQ arasında atəşkəsin əldə olunmasında vasitəçilik etdiyi üçün ABŞ-a təşəkkürünü bildirib. Razılaşma Hələb ətrafında tərəflər arasında baş verən şiddətli toqquşmalardan sonra imzalanıb. Hazırda SDQ qüvvələri Hələb bölgəsindən geri çəkilib və şəhərin şərqindəki əksər ərazilər Suriya ordusunun nəzarətinə keçib. Suriya hökuməti eyni zamanda kürd azlığının hüquqlarını gücləndirən yeni fərmanlar imzalayaraq kürd dilini rəsmi dillərdən biri kimi tanıyıb.

    #Səudiyyə Ərəbistanı #Suriya #Səudiyyə xəbərləri #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Suriya daxili siyasət #Suriya əməliyyatları #Suriyada terrorla mübarizə #Səudiyyə metrosu #Suriyada hərbi əməliyyatlar 2025 #Suriya müxalifəti #Səudiyyə Ərəbistanına səfər #SDQ və Suriya ordusunun birləşməsi #SDQ #Səudiyyə Ərəbistanı və Suriya yardımı #Suriya Səudiyyə münasibətləri #SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası müzakirə olunur
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

    1 Sentyabr 2026 10:39

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    31 Avqust 2026 12:43

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    31 Avqust 2026 12:27

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    30 Avqust 2026 18:05

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    Ər-Riyadda 5.1 milyard riyallıq dövriyyə - Şəhərlər üzrə POS əməliyyatlarının statistikası

    28 Avqust 2026 16:06
    XƏBƏR LENTİ

    Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

    Pakistan Baş naziri ölkənin ŞƏT sədrliyi üzrə prioritetlərini açıqlayıb

    Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

    Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

    Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

    Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

    Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.