Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    6 Noyabr 2025 16:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail Müdafiə naziri İsrael Katz cümə axşamı bildirib ki, Misir sərhədində yerləşən ərazinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə silah qaçaqmalçılığına qarşı mübarizə aparmaq məqsədilə bağlı hərbi zona elan edilməsi barədə orduya göstəriş verib.

    AzerVoice xəbər verir ki, Katz açıqlamasında deyib: “Misir–İsrail sərhədi boyunca yerləşən ərazinin bağlı hərbi zona elan edilməsini və ölkə təhlükəsizliyini təhdid edən pilotsuz aparat təhlükəsinə qarşı hərbi təmas qaydalarının uyğun şəkildə dəyişdirilməsini ordudan tələb etdim.”

    Nazir əlavə edib ki, PUA-larla silah qaçaqmalçılığı Qəzzadakı müharibənin bir hissəsidir və bu yolla İsrailin düşmənlərinə silah ötürülür..

    İsrail və Misir arasında təxminən 200 kilometrlik sərhəd mövcuddur.

    İsrail ordusunun məlumatına görə, bazar günü qərbdən İsrail ərazisinə daxil olan və səkkiz ədəd silah daşıyan bir pilotsuz aparat aşkar edilərək zərərsizləşdirilib.
    Çərşənbə axşamı isə ordunun daha bir dronu — on tapança daşıyan və şərq istiqamətindən ölkə ərazisinə daxil olan aparatı — ələ keçirdiyi bildirilib.

    İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir isə sosial şəbəkə hesabında Katzın qərarını alqışlayaraq, sərhəddə baş verən qaçaqmalçılığın “terror məqsədlərinə xidmət etdiyini” deyib.

    #Qəzza #Qəzza zolağı #Misir #PUA #İsrail ordusu #İsrael Katz #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Misir–İsrail münasibətlərində gərginlik #İsrail-Misir əlaqələri #Misir İsrail münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    3 Sentyabr 2026 16:08

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    3 Sentyabr 2026 16:03

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    2 Sentyabr 2026 18:26

    Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb

    2 Sentyabr 2026 11:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    1 Sentyabr 2026 03:00

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30
    XƏBƏR LENTİ

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.