Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İraqda Səddam Hüseyn adı belə qorxu yaradıb - parlament seçkilərindən Səddam Hüseyn adlı namizəd kənarlaşdırıldı

    10 Oktyabr 2025 07:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İraqda Səddam Hüseyn adı belə qorxu yaradıb - parlament seçkilərindən Səddam Hüseyn adlı namizəd kənarlaşdırıldı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İraq Müstəqil Ali Seçki Komissiyası noyabrın 11-də keçiriləcək parlament seçkilərinə hazırlıqların son mərhələsinə çatdığını bildirib. Qurum seçki mexanizmlərini yekunlaşdırmaqla yanaşı, bir sıra keçmiş və hazırkı deputatların namizədliyini ləğv edib, bu isə ölkədə geniş siyasi mübahisələrə səbəb olub.

    AzerVoice xəbər verir ki, ən çox diqqət çəkən qərarlardan biri “Əzm” İttifaqının Kərkükdən olan namizədi Səddam Hüseynin seçkilərdən kənarlaşdırılması olub. Komissiyanın bu qərarı sosial və siyasi çevrələrdə ciddi rezonans doğurub.

    Seçki Komissiyası həmçinin “istisna və ya kənarlaşdırma mexanizminin” seçki gününədək qüvvədə qalacağını açıqlayıb. Bu isə bəzi siyasi dairələrdə narahatlıq yaradıb - müşahidəçilər hesab edirlər ki, bu mexanizm nüfuzlu qüvvələrin istəmədiyi namizədləri seçkilərdən uzaqlaşdırmaq üçün istifadə oluna bilər.

    Qurum eyni zamanda bir çox siyasi partiyalara və ittifaqlara cərimələr tətbiq edib. Cərimələr seçki kampaniyası qaydalarının pozulması ilə əlaqələndirilir. Cərimələnənlər arasında Baş nazir Məhəmməd Şiə əs-Sudaninin rəhbərlik etdiyi “İmar və İnkişaf İttifaqı”, eləcə də sabiq Baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Qanun Dövləti İttifaqı” da var.

    Seçki Komissiyası bəyan edib ki, seçkilərin keçirilməsi üçün bütün logistika və texniki hazırlıqlar başa çatdırılıb və prosesi şəffaf şəkildə həyata keçirmək məqsədilə lazımi infrastruktur təmin olunub.

    #Məhəmməd Şia Əl-Sudani #Səddam Hüseyn #Nuri əl-Maliki #İraqda Türk dili #Səddam Hüseyn sonrası İraq #İraqda su və infrastruktur problemləri #İraq Səddam Hüseynin devrilməsi #İraqda seçki boykotu #İraqda növbəti seçkilər nə vaxt olacaq? #İraqda seçkiləri kim qazanacaq? #İraqda seçki islahatlarına kim mane olur? #İraqda seçki ittifaqları necə formalaşır? #İraqda seçki böhranı #İraqda seçki iştirak faizi #İraq Müstəqil Ali Seçki Komissiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bala Buşun doğumundan Ağ Evə uzanan siyasi yolu - Bu gün onun ad günüdü

    6 İyul 2026 03:00

    Obama ilə Tramp arasında: Tamamilə fərqli bir Yaxın Şərq

    21 İyun 2026 10:00

    Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

    7 İyun 2026 19:00

    İran - ABŞ rəqabəti fonunda Əli əz-Zeydi İraqda hansı risklərlə üzləşəcək?

    11 May 2026 09:00

    Bu gün onun doğum günüdür - Səddam Hüseyn kimdir?

    28 Aprel 2026 14:17

    Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Mussolininin edamı və Əbu Qreyb qalmaqalı: 28 aprel hadiəsələri

    28 Aprel 2026 00:01

    Tramp və Buşun müharibə bənzərliyi: Tarix Yaxın Şərqdə təkrarlanır?

    25 Aprel 2026 18:47

    İraqın yeni prezidenti, Talabaninin sirdaşı - Nizar Amidi kimdir?

    11 Aprel 2026 21:55

    Bağdadın işğalı, Tbilisidə qətliam və Dəyr Yasin qırğını: 9 aprel hadisələri

    9 Aprel 2026 00:03

    Bağdad barıt çəlləyi üzərində: İraqı "Yaxın Şərq tufanı"ndan kim qoruyacaq?

    4 Aprel 2026 09:00

    Ölkə xarabalıqlarını “Qələbə muzeyi” adlandıran zehniyyət

    26 Mart 2026 18:00

    İraq hökuməti ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin çıxarılmasını tezləşdirir

    23 Mart 2026 14:48
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Anar Quliyev BMT-də çıxış etdi

    Böyük dövlətlər müttəfiqlərinə zəiflədilmiş silah satır? Rusiya və Çin nümunəsi ilə hərbi ixrac strategiyasına baxış

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    Dərin qeyri-müəyyənlik... Tehranda qərar qəbuletmə aparatı dağılıbmı?

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.