Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzza zolağında çadırların 93 faizi yararsız hala düşüb

    27 Sentyabr 2025 15:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzza zolağında çadırların 93 faizi yararsız hala düşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qəzza zolağında məcburi köçkün düşən fələstinlilərin yaşadığı çadırların 93 faizinin çökdüyü, istifadə üçün yararsız hala gəldiyi və artıq sığınacaq kimi istifadə oluna bilmədiyi bildirilib.

    AzerVoice xəbər verir ki, Qəzzadakı hökumətin Media İdarəsinin rəhbəri İsmayıl əs-Səvabite açıqlama verib.

    “135 min çadırdan 125 mini çöküb və yaşamaq üçün yararsız hala gəlib. İsrailin mart ayından bu yana tətbiq etdiyi sərt blokada səbəbindən yeni çadır təmin edilə bilmir, humanitar yardımın bölgəyə daxil olması əngəllənir.” - deyə Səvabite qeyd edib.

    Səvabite qeyd edib ki, İsrailin son iki il ərzində davam edən hücumlarında on minlərlə çadır birbaşa bombalanaraq sıradan çıxarılıb, digərləri isə isti hava və güclü külək kimi təbii təsirlər nəticəsində zərər görüb.

    Səvabite bildirib ki, İsrailin zorakı köç strategiyası ilə Qəzza zolağında bir yerdən digər yerə sürülən fələstinlilər "misli görünməmiş bir humanitar fəlakətlə" üz-üzə qalıblar.

    O qeyd edib ki, məcburi köçkünlərin yaşadığı çadırlar nizamsız şəkildə yolların kənarlarında və sanitariya şəraiti olmayan ərazilərdə qurulub. Qəzzanın cənubundakı Əl-Məvasi bölgəsində yüz minlərlə ailə sıxışmış vəziyyətdədir və bölgə artıq yeni köç dalğasını qəbul edə biləcək vəziyyətdə deyil.

    Səvabite deyib ki, İsrail, Qəzzanın şimal hissəsindən cənuba məcburən köçürülən fələstinliləri məqsədli şəkildə hədəf alıb. Bu hücumlar nəticəsində yüzlərlə insan həyatını itirib və ya yaralanıb.

    “Təxminən 2 milyon fələstinli zorla yerindən edilib. 293 sığınacaq mərkəzi birbaşa hədəf alınıb,” – deyə o əlavə edib.

    Beynəlxalq ictimaiyyətə səslənən Səvabite vurğulayıb ki, məcburi köçürülmələr dayandırılmalı, fələstinli qaçqınların geri dönüş hüququ təmin olunmalı və Qəzza zolağında dağıdılmış infrastruktur – hansı ki, 88 faizi artıq mövcud deyil – bərpa olunmalıdır.

    “Qəzza zolağında baş verənlər müvəqqəti bir humanitar böhran deyil, bütün göstəriciləri ilə açıq bir soyqırımdır. Beynəlxalq ictimaiyyət zaman itirmədən hərəkətə keçməlidir. Sərhəd qapıları dərhal açılmalı, bölgəyə çadır, ərzaq və dərman yardımları daxil olmalıdır.” - deyə S

    #Qəzza #Qəzza zolağı #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #Humanitar yardım təşəbbüsləri #Humanitar yardımların siyasi alət kimi istifadəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02
    XƏBƏR LENTİ

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.