Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzza zolağında son 24 saatda aclıqdan 3 fələstinli həlak olub

    15 Sentyabr 2025 17:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzza zolağında son 24 saatda aclıqdan 3 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücumları və mühasirəsi səbəbindən Qəzza zolağında aclıq fəlakəti yaşanır. Son 24 saat ərzində 3 fələstinli daha aclıq və qidalanma çatışmazlığı səbəbilə həlak olub.

    AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, aclıq və qida çatışmazlığı səbəbindən ölənlərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 425-ə yüksəlib. Onlardan 145-i uşaqdır.

    BMT-nin dəstəklədiyi İnteqrasiya olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 22 avqust tarixində Qəzza şəhərində "aclq vəziyyəti" elan edib. Həmin tarixdən bu günə qədər bölgədə 30-u uşaq olmaqla 147 nəfər aclıq səbəbilə həyatını itirib.

    IPC-nin hesabatında, sentyabr ayının sonuna qədər aclığın Deyr əl-Bələh və Xan Yunis şəhərlərinə də yayılacağı xəbərdarlığı yer alıb.

    İsrailin sərt blokadası, hücumları və humanitar yardımları məhdudlaşdırması nəticəsində Qəzza zolağı dərin humanitar fəlakət yaşayır. Bölgədə su, dərman, tibbi avadanlıq və gigiyena vasitələri tapılmır.

    Ən çox uşaqların həyatına təsir edən aclıq, bölgədə ölümlərin artmasına səbəb olur. Yerli və beynəlxalq qurumlar İsrailin aclığı və susuzluğu bir silah kimi istifadə etdiyini bəyan edir.

    İsrail ordusu Qəzzanın sosial infrastrukturunun 88 faizini dağıdıb. Eyni zamanda, sürgün əmrləri ilə milyonlarla fələstinlini evlərindən didərgin salaraq, vaxtaşırı mülki sığınacaqları bombalayır.

    Qəzzada əhalinin sayı təxminən 2,3 milyon nəfərdir. Onlardan təxminən 2 milyonu İsrailin hücumları və zorakı köçürülməsi nəticəsində dəfələrlə yerindən edilib.

    Əsas ehtiyac vasitələrindən məhrum olan fələstinlilər, çoxsaylı gigiyena problemi ilə üz-üzə qalan məktəblərdə, çadırlarda və sığınacaqlarda yaşamağa məcbur olublar. İnfeksion xəstəliklər isə sürətlə yayılır.

    İsrail ordusu isə gündəlik hava və artilleriya hücumları ilə, məcburi köçkünlərin yaşadığı çadırları və mülki obyektləri hədəfə almaqda davam edir.

    #Qəzza #Qəzza zolağı #aclıq #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzzada aclıq və səfalət #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.