Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda 25 fələstinli həlak olub

    8 Sentyabr 2025 13:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda 25 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə – şimal, cənub və mərkəz hissələrinə yönəlik hücumlar həyata keçirib. Xəstəxana mənbələri və görən şahidlərin verdiyi məlumata görə, hücumlarda ümumilikdə 25 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.

    AzerVoice xəbər verir ki, Qəzzə şəhərinin şimal-qərbində yerləşən Şeyx Rıdvan məhəlləsində, Əhməd Yasin küçəsindəki iki yaşayış evinə endirilən hava zərbəsində 3 fələstinli ölüb, bir çoxu isə yaralanıb. Tammus qovşağı yaxınlığında yerindən edilmiş insanların sığındığı çadırın pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alınması nəticəsində daha 3 nəfər həyatını itirib.

    Qəzzə şəhərinin mərkəzinin şimalında, Yermuk küçəsində yerləşən bir evə yönəldilmiş ağır bombardmanda isə 5 fələstinli ölüb. Şəhərin qərbindəki Şalihat bölgəsində məcburi köçkünlərin yaşadığı çadıra edilən başqa bir hücum nəticəsində – aralarında bir uşağın da olduğu – 4 nəfər həyatını itirib.

    Qəzzənin qərbindəki Rimal məhəlləsində bir mənzilə yönəlik hücumda 2 qardaş ölüb. Bələdiyyə parkı yaxınlığındakı başqa bir binaya edilən zərbədə isə çox sayda fələstinli yaralanıb.

    Eyni zamanda, İsrail ordusu Şeyx Rıdvan hovuzu ətrafındakı evləri və binaları bubi tələli robotlar vasitəsilə partlatmağa davam edir. Bölgəyə ardıcıl hava hücumları həyata keçirilir və PUA-lar mülki evlərin damlarına partlayıcı maddələr atır. Bu isə əhali arasında böyük təşviş yaradıb.

    Qəzza zolağının mərkəz hissəsində yerləşən Nusayrat qaçqın düşərgəsində isə İsrail ordusunun mülki şəxslərin toplandığı ərazini hədəf alması nəticəsində – aralarında bir qız uşağının da olduğu – 5 fələstinli ölüb, 22 nəfər yaralanıb.

    Cənub bölgəsindəki Xan Yunusun Mavasi bölgəsində yerləşən Qadisiyyə düşərgəsində yerindən edilmiş şəxslərin çadırına edilən hücumda 3 fələstinli, o cümlədən iki qardaş ölüb, 7 nəfər isə yaralanıb.

    Bundan əlavə, İsrailin artilleriya birlikləri Xan Yunusun şimal və cənubundakı bir neçə bölgəni atəşə tutub. İsrail hərbi gəmiləri isə Rəfah şəhərinin sahilini top atəşinə tutub.

    #Qəzza #Fələstin #Qəzza zolağı #fələstin bayrağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Qərb sahilində son əməliyyatlar zamanı nələr baş verib?

    18 İyul 2026 20:26

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02
    XƏBƏR LENTİ

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    Baykar və Leonardo yeni PUA təqdim etdi

    Elə bil dünən idi…

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.