ABŞ Prezidenti Donald Tramp bildirib ki, beynəlxalq sabitlik qüvvəsinin Qəzzəyə yerləşdirilməsi “çox yaxın vaxtlarda” baş tutacaq.Açıqlama, Vaşinqtonun Trampın sülh planını dəstəkləmək məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etməsindən bir gün sonra səsləndirilib.
#fələstin bayrağı
Bir neçə gün öncə paytaxtımızın məşhur restoranlarından biri olan “Soul Kitchen Terrace Baku”da Fələstin bayrağı mübahisəsi yaşanıb. Restoranın qonağı olan xarici müştərilər məkanın onlayn menyusunda dil seçimi bölümündə Ərəb dilinin qarşısında Fələstin bayrağının əks olunmasına etiraz ediblər. Onlar bu bölümdən Fələstin bayrağının dərhal çıxarılmasını, əks təqdirdə restoranı tərk edəcəklərini və “Soul Kitchen Terrace Baku”nu boykot etməyə çağıracaqlarını bildiriblər.
Fələstin Milli Azadlıq Hərəkatı (FƏTH) hərəkatının sözçüsü Əbdülfəttah Davlə “əş-Şərq əl-Əvsət”ə bildirib ki, “hərəkat Qəzza sektorundan olan peşəkar şəxslərdən ibarət olacaq “Qəzza İdarə Komitəsi” üçün təklif olunan heç bir adı blok etməyəcək”.
İspaniyanın baş naziri Pedro Sançes fələstinliləri dəstəkləyən nümayişçilərə heyranlığını ifadə edib. Halbuki onların İspaniya Veloturu marşrutu boyunca keçirdikləri aksiyalar son günlər bəzi idmançıların yarışdan çəkilməklə hədələməsinə səbəb olmuşdu. Yarışın son mərhələsinə hazırlıq çərçivəsində, paytaxt Madriddə başa çatacaq 21 günlük veloturun final günü minə yaxın polis əməkdaşı əraziyə cəlb olunub. Etiraz aksiyaları İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı təşkil olunub və “İsrael-Premier Tech” komandasını hədəfə alaraq yarışın bir neçə mərhələsini pozub. Veloturun bu gün başa çatması nəzərdə tutulurdu. Sançes cənubdakı Malaqa şəhərində Sosialist Partiyasının toplantısında çıxış edərək bildirib: “Bu gün Vuelta turnirinin son mərhələsi keçirilir. Biz idmançılara hörmətimizi bildiririk, eyni zamanda ədalətli məsələlərlə, o cümlədən Fələstinlə məşğul olan İspaniya xalqına heyranlığımızı ifadə edirik.”
İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə – şimal, cənub və mərkəz hissələrinə yönəlik hücumlar həyata keçirib. Xəstəxana mənbələri və görən şahidlərin verdiyi məlumata görə, hücumlarda ümumilikdə 25 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb. Qəzzə şəhərinin şimal-qərbində yerləşən Şeyx Rıdvan məhəlləsində, Əhməd Yasin küçəsindəki iki yaşayış evinə endirilən hava zərbəsində 3 fələstinli ölüb, bir çoxu isə yaralanıb. Tammus qovşağı yaxınlığında yerindən edilmiş insanların sığındığı çadırın pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alınması nəticəsində daha 3 nəfər həyatını itirib.
Fələstin Baş naziri Məhəmməd Mustafa, Qəzza zolağını idarə etmək üçün yaxın günlərdə müvəqqəti bir komitə elan ediləcəyini bildirib. Misirə rəsmi səfər edən Baş nazir Mustafa, Misirin Xarici İşlər naziri Bədr Əbdülati ilə birlikdə Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısında mətbuat konfransı keçirib. O vurğulayıb ki, Rəfah keçid məntəqəsi Qəzza xalqı üçün bir yaşayış və nəfəs qapısı olmalıdır və İsrailin xalqı aclığa və zorla köçürməyə məruz qoyan siyasəti qəbuledilməzdir. “Beynəlxalq ictimaiyyət daha təsirli addımlar atmalı və İsraili blokada və aclıq siyasətini dayandırmağa məcbur etməlidir.” - deyə baş nazir qeyd edib.
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı E1 bölgəsində yeni məskunlaşma planını təsdiqləməsinə sərt reaksiya verib. Nazirlik bu barədə yaydığı yazılı bəyanatda İsrailin atdığı addımı qınayıb. Bəyanatda qeyd olunur ki, E1 bölgəsində məskunlaşma inşası planı Qərbi Şəriə ilə Şərqi Qüdsü faktiki olaraq bir-birindən ayıracaq və bu, beynəlxalq hüquqa və BMT qətnamələrinə açıq-aşkar ziddir.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 54 nəfər artaraq 61 min 776 nəfərə çatıb. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən can itkiləri və yaralılarla bağlı son məlumatlar paylaşılıb. Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 54 nəfərin meyiti və 831 yaralı gətirildiyi bildirilib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Kanadanın sentyabr ayında Fələstin dövlətini tanıyacağını elan etməsi bu ölkə ilə ticarət razılaşmasının əldə olunmasını çətinləşdirəcək. Kanadanın Fələstini tanıyacağına dair açıqlamasına toxunan Tramp, "Bu, onlarla ticarət razılaşması əldə etməyimizi çox çətinləşdirəcək" - deyə qeyd edib.
Böyük Britaniya sentyabr ayında BMT Baş Assambleyası ərəfəsində həm HƏMAS-ın, həm də İsrailin öz öhdəliklərinə nə dərəcədə əməl etdiyini qiymətləndirəcəyini bildirib.
Fransada 100-dən çox vəkilin daxil olduğu "Yaxın Şərqdə Ədalət üçün Vəkillər Assosiasiyası" (AJPO) ölkə rəhbərliyini İsrailin Qəzza və işğal olunmuş İordan çayının qərb sahilində törətdiyi soyqırımı, insanlığa qarşı və müharibə cinayətlərinə şəriklikdə ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsinə (UCM) müraciət edib.
Qəzza zolağındakı Fələstin hökuməti bildirib ki, İsrailin "soyqırım və aclıq" siyasəti səbəbindən uşaq qidası və qida əlavələri çatışmazlığı 100 mindən çox uşağı kütləvi ölüm riski ilə üz-üzə qoyub.