Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Media qurumları İsrailin hücumlarına qarşı həmrəylik nümayiş etdirir

    1 Sentyabr 2025 14:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Media qurumları İsrailin hücumlarına qarşı həmrəylik nümayiş etdirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qəzzada jurnalistlərin hədəf alınıb öldürülməsinə qarşı dünya miqyasında etiraz aksiyası keçirilir. Təxminən 200-ə yaxın media qurumunun iştirak etdiyi təşəbbüs, İsrailin hücumlarında həyatını itirən jurnalistlərə diqqət çəkməyi hədəfləyir.

    AzerVoice xəbər verir ki, Beynəlxalq Sərhəd Tanımayan Jurnalistlər (RSF), Avaaz və Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) rəhbərliyi ilə təşkil edilən aksiyada 50 fərqli ölkədən media orqanları iştirak edəcək.

    Etiraz çərçivəsində bəzi qəzetlər qara üzlüklə çıxacaq, televiziya və radio kanalları yayımlarını dayandıracaq, rəqəmsal media qurumları isə əsas səhifələrini qaraldacaq.

    IFJ-nin məlumatlarına görə, 7 oktyabr 2023-cü ildən bəri Qəzzada azı 210 jurnalist həyatını itirib. Bu rəqəm, müasir dövrdə bir münaqişədə qeydə alınan ən yüksək göstərici kimi diqqət çəkir.

    İsrailin beynəlxalq medianın Qəzzada sərbəst fəaliyyətinə icazə verməməsi səbəbindən bölgədə xəbərçilik, ağır hücumlar altında çalışan fələstinli jurnalistlərin çiyinlərinə düşür.

    Etiraz qərarı, son həftələrdə baş verən ağır itkilərdən sonra alınıb. Avqustun əvvəlində İsrail Qəzzada “Əl Cəzirə” televiziyasının beş əməkdaşını hədəfə aldı. Həlak olanlar arasında ərəb dünyasında münaqişəni gündəlik işıqlandıran Anas Əl-Şərif də var idi.

    Ötən həftə isə Xan Yunisdə yerləşən Nasser Xəstəxanası ard-arda üç hücumla vuruldu. İlk partlayışdan sonra yaralılara yardım edən mülki şəxslər və hadisəni izləyən jurnalistlər ikinci və üçüncü hücumlarda həyatlarını itirdilər. Bu üsul hərbi terminologiyada “ikiqat zərbə” (double-tap) kimi tanınır.

    CNN-in əldə etdiyi görüntülərdə ikinci hücumun əslində demək olar ki, eyni anda həyata keçirilən iki ayrı bombardmandan ibarət olduğu və çoxsaylı insan tələfatına bunun səbəb olduğu müəyyən edilib.

    Soyqırımın baş memarı Benyamin Netanyahu bu hadisəni “faciəvi bir səhv” adlandırıb.

    RSF-in açıqlamasında qeyd olunub ki, jurnalistlər təkcə öldürülmür, eyni zamanda hədəf göstərilir və nüfuzdan salınırlar.

    Beynəlxalq media etirazı, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların təkcə mülki insanları deyil, xəbər alma hüququnu da məhv etməyə çalışdığı mesajını verməyi hədəfləyir.

    #Qəzza #Qəzza zolağı #Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Jurnalistlərin hədəf alınması #Qəzzada jurnalistlərin ölümü #Fələstinli jurnalistlərin təhlükəsizliyi #Fələstin jurnalistlərinə qarşı hücumlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20
    XƏBƏR LENTİ

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Bu günə olan valyuta məzənnələri

    Kia avqust ayında 83 mindən çox maşın satdı

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.