ABŞ Senatının üzvü Bernie Sanders, İsrailin Qəzzayə qarşı hücumlarında həyatını itirən jurnalistlərin sayısının artdığını vurğulayaraq, məsələ ilə bağlı araşdırma aparılması çağırışı edib. Sanders, ABŞ mərkəzli X adlı sosial media platformasında mövzuya dair paylaşım edib. İsrailin hücumlarında son iki ildə 249 jurnalistin həyatını itirdiyini qeyd edən Sanders, "Bu, İkinci Dünya Müharibəsi və Vyetnam Müharibəsinin toplamından daha çox bir sayıdır" deyə bildirib.
#Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ)
2025-ci ildə İsrail, Qəzza Zolağında davam edən müharibə ilə birlikdə dünyada ən çox jurnalisti öldürən ölkə olaraq qeydə alındı.Sərhədsiz Jurnalistlər (RSF) 2025-ci ildə dünyada media işçilərinə qarşı edilən hücumların hesabatını yayımlayıb. Hesabata görə, bu il dünya üzrə 67 jurnalist müxtəlif hücumlarda həyatını itirib və ölənlərin təxminən yarısından İsrail məsul tutulur. İsrailin Qəzza Zolağına etdiyi hücumlarda 2025-ci ildə 29 Fələstinli media işçisi həyatını itirdi. Bu isə dünyada həmin il öldürülən jurnalistlərin 43 faizinin İsrail hücumlarında öldüyünü göstərir.
Qəzza zolağında ağır şərait və saysız-hesabsız təhlükələr altında çalışan jurnalistlər, həyatlarını riskə ataraq, baş verənləri işıqlandırmağa və həqiqəti çatdırmağa davam edirlər. Onlar təkcə bombardman və partlayış təhlükəsi ilə üzləşmirlər, həm də elektrik enerjisinin tam kəsilməsi, günəş panellərinin İsrail tərəfindən hədəfə alınaraq məhv edilməsi, internetin uzun müddət kəsilməsi və digər maneələrlə qarşı-qarşıyadırlar. Müharibə başlayandan bəri Qəzzada 254 jurnalist həlak olub, çox sayda media nümayəndəsi isə yaralanıb
Qəzzada jurnalistlərin hədəf alınıb öldürülməsinə qarşı dünya miqyasında etiraz aksiyası keçirilir. Təxminən 200-ə yaxın media qurumunun iştirak etdiyi təşəbbüs, İsrailin hücumlarında həyatını itirən jurnalistlərə diqqət çəkməyi hədəfləyir. Beynəlxalq Sərhəd Tanımayan Jurnalistlər (RSF), Avaaz və Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) rəhbərliyi ilə təşkil edilən aksiyada 50 fərqli ölkədən media orqanları iştirak edəcək. Etiraz çərçivəsində bəzi qəzetlər qara üzlüklə çıxacaq, televiziya və radio kanalları yayımlarını dayandıracaq, rəqəmsal media qurumları isə əsas səhifələrini qaraldacaq.
Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) 2024-cü ildə dünyada 104 jurnalist və media işçisinin öldürüldüyünü və onların yarısından çoxunun İsrailin hücumlarının davam etdiyi Qəzzada həyatını itirdiyini açıqlayıb.