Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada 193 akademik və 800 müəllim həlak olub

    26 Avqust 2025 14:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada 193 akademik və 800 müəllim həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail, 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına yönəltdiyi hücumlarda yalnız infrastruktur və həyati obyektləri deyil, eyni zamanda müəllim və akademikləri hədəfə alaraq elmi dünyanı da məhv edir.

    AzerVoice xəbər verir ki, Qəzzadakı Fələstin Hökumətinin Media Ofisinin rəhbəri İsmail əs-Sevabite Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib ki, İsrail Qəzzada alimləri, akademikləri və tədqiqatçıları sistemli şəkildə hədəfə alır.

    Qəzzada 193 akademik və 800 müəllimi İsrail tərəfindən qətlə yetirilib.

    "İşğalçı İsrail bu addımı ilə Fələstin cəmiyyətində uzunmüddətli elmi və mədəni boşluq yaratmaq, institusional potensialı zəiflətmək və gələcək nəsilləri bilikdən məhrum etmək istəyir" – deyə Sevabite bildirib.

    O vurğulayıb ki, İsrailin məqsədi Fələstin cəmiyyətinin düşüncə və bilik bazasını dağıtmaq, təhsili, araşdırmanı və yaradıcılığı yönəldəcək şəxsləri aradan qaldırmaqdır.

    "İşğalçılar 22 aydır davam edən soyqırımı dövründə infrastruktur və həyati obyektlərlə yanaşı Qəzzadakı akademikləri və mədəni elitanı da məhv etməyə çalışıb. İsrail alim və tədqiqatçıları öldürməklə, Fələstin cəmiyyətinin intellektual və biliyə əsaslanan strukturunu iflic etməyə, təhsili və yaradıcılığı təşviq edən elita kadrları aradan qaldırmağa çalışır", – deyə o qeyd edib.

    Sevabite əlavə edib ki, "Fələstin xalqının insan və bilik kapitalı qorunmalıdır" və beynəlxalq ictimaiyyəti İsrailin bu hərəkətlərinə təcili reaksiya verməyə çağırıb.

    Sevabite qeyd edib ki, İşğalçı İsrail 22 aydan artıq davam edən hücumları zamanı təxminən 193 alim, professor və tədqiqatçını öldürüb. Qəzza Hökumətinin Media Ofisinin son məlumatına görə, təxminən 800 müəllim və təhsil işçisi də İsrailin hücumlarında həyatını itirib.

    Media Ofisinin məlumatına əsasən öldürülən tanınmış akademiklər bunlardır:

    Sufyan Tayeh – Qəzza İslami Universitetinin rektoru, fizik və tətbiqi riyaziyyat üzrə alim. Dekabr 2023-də Cəbəliyyə düşərgəsindəki İsrail hücumunda ailəsi ilə birlikdə öldürülüb.

    Adnan əl-Burş – Qəzza İslam Universitetinin tibb fakültəsinin müəllimi, məşhur ortopedik cərrah. 2 mayda Əl-Avdə xəstəxanasında saxlanılıb və həbsxanada həlak olub.

    Nasır Əbunnur – Hemşirelik fakültəsinin dekanı. ABŞ-da təhsil alıb. 21 fevralda Refahda ailəsi ilə birlikdə öldürülüb.

    Naim Barud – Ədəbiyyat fakültəsinin dekanı, coğrafiya üzrə elmi işlərin müəllifi. 25 oktyabr 2024-cü ildə evinə edilən hücumda ailəsi ilə birlikdə həlak olub.

    Cihad əl-Mısri – Açıq Qüds Universitetinin müdiri. 29 oktyabr 2023-də İsrail tərəfindən öldürülüb.

    Ahmed əd-Delu – Filistin Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekanı. 19 oktyabr 2023-də ailəsi ilə birlikdə öldürülüb.

    Ahmed Əbu Absə – Mühəndislik fakültəsinin dekanı. 13 dekabr 2023-də İsrail hücumu nəticəsində öldürülüb.

    İbrahim əl-Estel – Təhsil fakültəsinin dekanı, Riyaziyyat tədrisi üzrə professor. 23 oktyabr 2023-də evinə hücum zamanı həlak olub.

    Teysir İbrahim – Şəriət və Hüquq fakültəsinin dekanı. 17 oktyabr 2023-də ailəsi ilə birlikdə öldürülüb.

    Said əz-Zubde – Tətbiqi Elmlər Universitetinin rəhbəri, elektrik mühəndisliyi üzrə mütəxəssis. 31 dekabr 2023-də ailəsi ilə birgə öldürülüb.

    Rıfat əl-Arir – İngilis ədəbiyyatı üzrə müəllim. Davamlı şəkildə ölüm təhdidləri alırdı. 8 dekabr 2023-də evinə hücumda ailəsi ilə birlikdə öldürülüb.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Fələstinlilərin məcburi köçü #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Donald Tramp və Qəzza planı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzza yenidənqurma planı 2025 #Qəzza və Fələstin mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    1 Sentyabr 2026 18:20

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20
    XƏBƏR LENTİ

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.