Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Suriyanın xarici işlər naziri Parisdə İsrail naziri Dermer ilə görüşüb

    20 Avqust 2025 11:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriyanın xarici işlər naziri Parisdə İsrail naziri Dermer ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Suriyanın xarici işlər naziri Şeybani Parisdə İsrail naziri Dermer ilə görüşüb.

    AzerVoice xəbər verir ki, Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və Kəşfiyyat Direktoru Hossein Salame Fransanın paytaxtı Parisdə İsrailin strateji işlər naziri Ron Dermer ilə görüşüblər.

    Xarici mənbələr bildirir ki, görüş zamanı tərəflər Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini və ölkəni parçalamaq məqsədi daşıyan layihələrə qarşı olduqlarını bir daha təsdiqləyiblər. Sveydanın Suriyanın ayrılmaz hissəsi olduğu və druz vətəndaşlarının milli toxumanın vacib elementi olduğu vurğulanıb.

    Görüşdə Suriyanın cənubunda humanitar vəziyyət müzakirə olunub, tərəflər Sveyda və Bədəvi xalqlarına yardımı artırmaq və onların çətin həyat şəraitini yüngülləşdirmək barədə razılığa gəliblər. Həmçinin 1974-cü il atəşkəs razılaşmasının yenidən aktivləşdirilməsi və İsrailin Suriya ərazilərinə müdaxiləsinin dayandırılması üçün mexanizmin yaradılmasının zəruriliyi qeyd olunub.

    Mənbə görüşün cənubda gərginliyi azaltmaq və regionun açıq münaqişəyə çevrilməsinin qarşısını almaq öhdəliyi ilə yekunlaşdığını bildirib.

    Qeyd edək ki, Axios xəbər saytının məlumatına görə, İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak ilə də görüşüb. İsrail ordusu 1967-ci ildən işğal etdiyi Qolan təpələrindəki bufer zonasını 2024-cü il dekabrın 8-də genişləndirərək Dəməşqin 20 kilometrliyinə qədər yaxınlaşıb.

    Xatırladaq ki, iki ölkə arasında 1974-cü ildə qüvvələr bölgüsü sazişi bufer zonanın və silahsızlaşdırılmış zonanın sərhədlərini müəyyən edib. İsrailin baş naziri Benyamin Netanyahu isə Suriyanın cənubunun işğalının daimi olacağına işarə edərək, bölgənin silahsızlaşdırılmasını tələb edib. İyulun 13-də İsrail Sveydada başlayan qarşıdurmaya müdaxilə edərək Suriya ordusuna və Dəməşqdəkı Baş Qərargah qərargahına hücum edib.

    #İsrail #Fransa #Suriya #Paris #Əsəd Həsən Şeybani #atəşkəs danışıqları #Suriya ərazi bütövlüyü #İsrail-Suriya gərginliyi #Suriyada humanitar vəziyyət #Sveyda
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin pilotsuz uçuş aparatı Livanın cənubunda təcili yardım əməkdaşlarını yaralayıb

    23 İyul 2026 20:46

    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib

    23 İyul 2026 20:44

    Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

    23 İyul 2026 20:01

    İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları davam etdirir

    23 İyul 2026 19:59

    Fransa husilərin Səudiyyə neft tankerlərinə hücumlarını kəskin pisləyib

    23 İyul 2026 19:52

    4 200-dən çox israilli Əl-Əqsa məscidi kompleksinə daxil olub

    23 İyul 2026 19:33

    HƏMAS Nablus yaxınlığındakı hücumla bağlı bəyanat yayıb

    23 İyul 2026 19:27

    İordan çayının qərb sahilində gərginlik davam edir

    23 İyul 2026 19:23

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    23 İyul 2026 18:15

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    23 İyul 2026 11:08

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26
    XƏBƏR LENTİ

    Universitet seçiminin əsas sualı - Marağınız, bacarığınız və qabiliyyətiniz seçdiyiniz ixtisasa uyğun gəlirmi?

    Tarixdə bu gün - 24 İyul

    Süni intellekt infrastrukturu ilə bağlı ictimai narahatlıqlar nəzərə alınır - Blackstone rəhbəri

    Küveyt ordusu sərhədlərin qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb

    Kanada bazarlarında iqtisadi nikbinlik güclənir

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    Almaniyada hökumətdə kadr dəyişiklikləri gözlənilir

    Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.