Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İran BMT-dən ABŞ və İsrailin hücumları ilə bağlı kompensasiya tələb edir

    29 İyun 2025 17:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran BMT-dən ABŞ və İsrailin hücumları ilə bağlı kompensasiya tələb edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İranın xarici işlər naziri Seyid Abbas Araqçi bildirib ki, Tehran, ABŞ və İsrailin İran ərazisinə endirdiyi son hücumlara görə kompensasiya tələbi ilə BMT mexanizmləri çərçivəsində hüquqi proses başladacaq.

    AzerVoice xəbər verir ki, bu bardəə Araqçinin BMT Baş katibi Antoniu Quterreşə ünvanladığı rəsmi məktubda deyilir.

    “Biz BMT Təhlükəsizlik Şurasından ABŞ və İsrail rejimini aqressiya aktının təşəbbüskarları kimi tanımasını rəsmi şəkildə tələb edirik” - deyə, məktubda qeyd olunub.

    Nazir əlavə edib ki, bu tələbin məqsədi həmin ölkələrin beynəlxalq hüquqa uyğun olaraq cavabdehlik daşımasını təmin etmək və kompensasiya ödəmələrini tələb etməkdir.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #BMT #ABŞ #İsrail-İran münaqişəsi #Seyid Abbas Araqçi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    6 İyun 2026 22:14

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    6 İyun 2026 22:05

    “Rosneft” rəhbəri:ABŞ şirkətləri Hörmüz böhranından qazanc götürür

    6 İyun 2026 21:33

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    6 İyun 2026 21:27

    Livan ordusunun baş komandanı Pakistana yola düşüb

    6 İyun 2026 21:21

    İsrailin hərbi addımlarına qarşı beynəlxalq məhdudiyyət varmı?

    6 İyun 2026 21:16

    İran Körfəz hücumlarını ABŞ blokadası fonunda “strateji baxımdan çox önəmli” sayır

    6 İyun 2026 20:53

    Videoda hansı hadisələr əks olunub?

    6 İyun 2026 20:38

    İran milli komandası Meksikaya yola çıxıb

    6 İyun 2026 20:27

    ABŞ müdafiə naziri Avropada hansı təhlükələrdən danışıb?

    6 İyun 2026 20:21

    Həmas Qəzza şəhərində İsrailin “dəhşətli qırğınını” pisləyib

    6 İyun 2026 20:16

    ABŞ Hörmüz boğazı ilə bağlı İranın mövqeyinə qarşı çıxır

    6 İyun 2026 20:07
    XƏBƏR LENTİ

    Şumer və Babil memarlığının zirvə nöqtəsi Zikkurat nədir?

    İsrailin Livanda ağ fosfordan istifadə etdiyi təsdiqlənib

    Almaniya kilsəsində inamın azalması: Niyə almanlar imanlarını itirir?

    Yuxuda qandal görmək necə yozulur

    Şahzadə Bəyazidə niyə İldırım deyirdilər? Titulun pərdəarxası

    Vatikanın yaranmasından 97 il ötür

    300 at güclü hibrid kupe: Yeni Toyota GR86 nələr vəd edir?

    Osmanlı-Məmlük rəqabətinin başlanğıcı və Əmir Teymur təhlükəsi

    Tarixdə bu gün - 7 İyun

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.