Bakı, AzerVoice
İnkişaf Yolu Layihəsi Çinin Kəmər və Yol Təşəbbüsü planına alternativ, yoxsa tamamlayıcıdır?
Asiya ilə Avropanın kəsişməsində yerləşən İraqın coğrafi mövqeyi iki böyük regional güc olan Səudiyyə Ərəbistanı və İranla həmsərhəd olduğu üçün həm nemət, həm də lənətdir. Bununla belə, böyük neft ehtiyatlarına malik olmasına baxmayaraq, İraqın sahildən 58 kilometr məsafədə olması onun beynəlxalq sulara birbaşa çıxışını məhdudlaşdırır. Buna görə də İraq ixrac həyata keçirə bilmək üçün neftini Ərəbistan yarımadasından Fars körfəzi, Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə Aralıq dənizinə daşımalıdır.
Buna görə də ətraf sularda sülh və qonşu ölkələrlə yaxşı münasibətlər İraq iqtisadiyyatı üçün çox vacibdir. İraq ticarət həcmini artırmaq və iqtisadiyyatını şaxələndirmək üçün dəmir yolu və avtomobil nəqliyyatını birləşdirən ikili dəhliz olan 1200 kilometr uzunluğundaki "İnkişaf Yolu Layihəsi"ni gücləndirməyi planlaşdırır. Bu yol Bəsrə şəhərindəki Böyük Fav Limanından başlayaraq Bəsrə və neftlə zəngin bölgələrdən keçir və şimaldan Türkiyə sərhədinə qədər uzanır.
İnkişaf Yolu Layihəsi İran və Türkiyənin dəstəyi ilə Süveyş kanalından yan keçəən tikilməkdə olan Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini (IMEC) tamamlayaraq alternativ bir Avrasiya marşrutu yaratmağı hədəfləyir.
Şübhə yoxdur ki, İnkişaf Yolu Layihəsi uğurla həyata keçirilərsə, yerli məşğulluq imkanlarını artıracaq, qitələrarası ticarəti asanlaşdıracaq və yaşıl inkişafa yönəlmiş xüsusi iqtisadi zonaların və yeni şəhərlərin yaradılmasına imkan verəcək və beləliklə, şübhəsiz ki, qeyri-neft layihələri üçün iqtisadi rıçaqların yeni reallığını dəstəkləyəcək.
Onilliklər boyu davam edən müharibə İraqın siyasi bütövlüyünü zəiflətdi və İnkişaf Yolu Layihəsi də müxtəlif təhlükəsizlik və iqtisadi problemlərlə üzləşir. İnkişaf Yolu Layihəsi Avrasiya regionunda ticarət üçün potensial dəhliz olacağı üçün malların sərbəst hərəkətinin güclü bir təhlükəsizlik strukturu ilə təminat altına alınması lazımdır. Yaxşı, belə bir təhlükəsizlik zəmanətini kim verəcək? Belə bir böyük layihəni həyata keçirmək üçün siyasi iradənin bir-birinin ardınca gələn liderliklər və hökumətlər tərəfindən qorunub saxlanmasını, davamlı icra edilməsini kim təmin edəcək?
Üstəlik, İnkişaf Yolu Layihəsinin gələcəkdə uğurlu olması üçün Asiya ilə Avropa, xüsusilə də Çin və Avropa arasında ticarət güclü şəkildə artmalıdır. Lakin, Qərb ölkələri ilə Çin arasında ticarətlə bağlı mövcud olan mübahisələr, Avropanın bəzi Çin məhsullarına, xüsusən də elektrik avtomobillərinə əlavə gömrük rüsumları tətbiq etməsinə və istehsal və təchizat zəncirlərini Çindən digər Asiya ölkələrinə keçirməsinə səbəb olmuşdu. Yaxın onillikdə Çin və Avropa arasında ticarət dövriyyəsinin həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilmir. Bu problemlidir, çünki İnkişaf Yolu Layihəsi tikinti və istismar xərclərini kompensasiya etmək üçün yüksək ticarət həcminə əsaslanır. Buna görə də Çin, Asiya və Avropa arasında ticarət həcminin azalması belə böyük infrastruktur layihəsinin maliyyə cəhətdən həyata keçirilə bilmə imkanına və iqtisadi dayanıqlığına yaxşı heç nə vəd etmir.
Bir Kəmər və Yol Təşəbbüsünün tamamlayıcısı kimi İnkişaf Yolu Layihəsi
Bir çox insanlar İraqın İnkişaf Yolu Layihəsinin Çinin Bir Kəmər və Yol Təşəbbüsünə (BRI) alternativ və ya tamamlayıcı olub-olmadığını sual altına alır. BRI əvvəllər mövcud olmayan infrastruktur əlaqələri və ticarət dəhlizləri yaratmaqla Avrasiya ticarətini modernləşdirməyi hədəfləyir. Bu gün Avrasiyadakı kontinental dəmir yolu şəbəkələri Çinin şərq sahillərindən və Mərkəzi Asiyadan keçərək Qərbi Avropaya ticarət xətlərini birləşdirir. Bundan əlavə, o, Çinin cənub-qərbindən Pakistanın Qvadar limanına qədər olan quru dəhlizlərini birləşdirir. Hansı ki, Süveyş kanalı vasitəsilə ticarəti həyata keçirilən malların Qərbi Avropaya çatdırılması məhz Qavdar limanından edilir. Konkret marşrut yoxdur, çünki “bütün yollar Romaya aparır”. Buna görə də İraq və Türkiyə arasında yaradılacaq potensial nəqliyyat dəhlizi ilə Çin malları Pakistandakı Qvadar limanından birbaşa Körfəz vasitəsilə İraqın Böyük Fav limanına qədər uzana bilər. Bu marşrutla Çin əhəmiyyətli bir üstünlük qazanacaq, çünki Çinin beynəlxalq rəqibi olan Hindistanın ixrac etdiyi analoji mallardan daha sürətli və daha ucuz daşınma imkanı yaranacaq.
“İnkişaf Yolu Layihəsinin başqa bir rəqibi IMEC-dir və bu, ən azı bir o qədər iddialı bir layihədir.
Bununla belə, “İnkişaf Yolu”nun başqa bir rəqibi var, İMEC və o, ən azı bir o qədər iddialı layihədir. IMEC həmçinin ABŞ və onun regiondakı müttəfiqləri tərəfindən idarə olunur. Bu çoxşaxəli nəqliyyat dəhlizinə qlobal ticarət mərkəzinə çevrilməyə başlayan Hindistan, böyük ticarət profisiti olan və böyük iqtisadi transformasiyalar keçirən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı, ABŞ-ın mühüm müttəfiqi və qlobal texnologiya lideri olan İsrail və nəhayət istehlakçı bazarı olan Avropa arasında ticarət əlaqələrini gücləndirmək məqsədi daşıyır. IMEC Hindistanın qlobal sənayeləşmədə artan əhəmiyyəti və iştirakçı ölkələr arasında iqtisadi inteqrasiya nəzərə alaraq qlobal ticarət üçün yeni paradiqma yaratmağa hazırlaşır.
İnkişaf Yolu Layihəsi və IMEC birbaşa rəqabətdə olacaq. Mövcud geosiyasi mühitdə IMEC-in marşrutu Hindistandan Avropaya ticarəti asanlaşdırmaq üçün ən optimal şəkildə tərtib edildiyi halda, İnkişaf Yolu Layihəsi isə ilk növbədə Rusiya və Çindən gələn ticarəti dəstəkləyəcək.
Çin İraqın İnkişaf Yolu Layihəsinə ehtiyatla yanaşır
Son on ildə Çin infrastruktur və şəhər mühəndisliyi sahəsində dünyanın ən qabaqcıl təcrübəsini qazanıb və bu sahədə mütəxəssisə çevrilib. Bunun təsirlərini Misirin Sahara səhrasının ortasında rekord müddət ərzində inşa etdiyi yeni inzibati paytaxtında və Çinin mühəndislik sahəsindəki uğurunun canlı sübutu olan Səudiyyə Ərəbistanında futuristik şəhər NEOM layihəsindəki tunellərdə və göydələnlərində gördük.
Çin İraqın müharibədən sonrakı bərpasında da fəal iştirak edib. Bəsrə elektrik stansiyasını quraraq 6200 meqavatdan çox elektrik enerjisi istehsal edən Çin İraqın ən böyük elektrik stansiyası qurucusu oldu. Çin şirkətləri neft və mayeləşdirilmiş təbii qaz (LNG) qurğularının, sutəmizləyici qurğuların, hava limanlarının və məktəblərin inkişafında da rol oynadı. Çin həm də İraqın ən böyük ticarət tərəfdaşıdır və iki ölkə diplomatik münasibətlərini strateji tərəfdaşlığa yüksəldib.
“Layihənin maliyyə dayanıqlığı qeyri-müəyyən olaraq qalır, çünki Böyük Faw Limanının tikintisi üçün ayrılan büdcə onun tikintisi zamanı artırılıb və tamamlanma müddəti 2025-ci ilə qədər uzadılıb.
Bununla belə, Çin infrastruktur və ticarətdə mühüm tərəfdaş olsa da, dörd əsas səbəbə görə İraqın 17 milyard dollarlıq İnkişaf Yolu Layihəsinə ehtiyatlı yanaşır. Bu səbəblər bunlardır:
1- Layihə müxtəlif tikinti və mühəndislik standartlarına görə potensial problemlə üzləşir. Məsələn, Cənubi Koreyada yerləşən Daewoo şirkəti İnkişaf Yolu Layihəsinin başlanğıc nöqtəsi olan Böyük Faw Limanı üçün 2,6 milyard dollarlıq tikinti müqaviləsi imzalasa da, layihənin ilkin texniki-iqtisadi əsaslandırmalarının əksəriyyəti Avropa şirkətləri tərəfindən həyata keçirilib. Buna görə də, Qərb və Çin arasında tikinti və mühəndislik standartlarında fərqlər əlavə xərclərə və layihənin gecikməsinə səbəb ola bilər.
Hökumətin səriştəsizliyi və korrupsiya halları layihənin həyata keçirilməsinə mane olacaq.
2- Layihənin maliyyə qabiliyyəti qeyri-müəyyən olaraq qalır. Böyük Faw Limanının tikintisi üçün ayrılan büdcə onun tikintisi zamanı artırılmış və layihənin tamamlanma müddəti 2025-ci ilə qədər uzadılmışdır. İnkişaf Yolu Layihəsi çərçivəsində planlara marşrut boyunca on beş stansiyanın tikintisi daxildir. Bu isə, böyük bir səy tələb edir. Çin hələ də əmin deyil ki, hökumətin neft gəlirləri İraq ərazisində ikiqat dəmir yolu və avtomobil nəqliyyatı sistemi quruluması ilə bağlı lazımi maliyyələşməni qarşılamaq üçün kifayət edəcəkmi.
3- Meqa ölçülü infrastruktur layihəsi ilə bağlı siyasi problemlər və təhlükəsizlik riskləri davam edir. Hökumətin səriştəsizliyi və korrupsiya əməlləri, eləcə də mənfəət toqquşması, şəffaf və hesabat verən regional hökumətlərin olmasını zəruri qılın belə bir meqa layihənin həyata keçirilməsinə mane olacaq. Hökumət daxilində qeyri-sabitlik, xüsusilə layihənin həyata keçirildiyi İraq Kürd Regional Rəhbərliyində (KRG) şiddətli ekstremizm, zorakılıq baş verərsə, marşrut boyunca nəqliyyatı iflic edə bilər.
4- Çin İnkişaf Yolu Layihəsinə ehtiyatla yanaşır, çünki onun başqa alternativləri var. Keçən iyun ayında Çin Özbəkistan və Qırğızıstanla Sincan bölgəsindəki Kaşqarı Qırğızıstanın cənubu vasitəsilə Özbəkistanın şərqinə birləşdirəcək dəmir yolu xəttinin tikintisi ilə bağlı razılaşdı. Ümumilikdə 5 milyard dollara başa gəlməsi gözlənilən yeni dəmir yolu xətti Türkiyə və Qərbi Avropadakı mövcud dəmir yolu şəbəkələrinə birləşdiriləcək. Qərbi Çindən Qərbi Avropaya uzanan yeni magistral dəhliz həm Rusiyadan, həm də geosiyasi baxımdan mübahisəli olan Qırmızı dənizdən keçir və Avropa ilə Asiya arasında nəqliyyat infrastrukturunda böyük irəliləyişi təmsil edir. Bu alternativ yol İraqdan Türkiyəyə gedən marşrutdan daha maliyyə baxımından daha sərfəli və geosiyasi baxımdan daha az pozucu olardı. Eyni zamanda tikinti prosesi sona yaxınlaşdıqca daha idarəolunan görünür.
Bununla belə, Çinin İraqla artan ticarət və investisiya əlaqələrinə və Qlobal Cənuba qərəzli münasibətinə görə, onun İnkişaf Yolu Layihəsini tərəddüd etmədən dəstəkləyəcəyi ehtimalı tamamilə əsassız olmaya bilər.
*Bu məqalə Londonda yerləşən “Əl Məcəlla” jurnalında çıxmışdır.