Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Ərdoğan - Əsəd barışığı Suriya müxalifətinin məğlubiyyətidir ?

    27 İyul 2024 12:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan - Əsəd barışığı Suriya müxalifətinin məğlubiyyətidir ?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Türkiyədə Suriyaya qarşı iğtişaşlar və Suriyadakı etirazlar iki ölkə arasındaki münasibətlərdə ortaya çıxan dəyişmə dövrünün bir simvolu hesab olunur.

    Bu dövrdə Türkiyənin bəzi bölgələrində anti-Suriya əhval-ruhiyyəsi artdı. Bununla yanaşı Türkiyə hökuməti ilə münasibətləri normallaşdırmağa yaxınlaşan Bəşər Əsəd rejiminə qarşı olan həm Türkiyədə, həm də Suriyada yaşayan suriyalıların narahatçılıqları artmağa başladı.

    Suriyalı bir şəxsin 7 yaşlı suriyalı qıza cinsi təcavüzdə ittiham edilməsindən sonra İyunun 30-da Kayseridə Suriyaya qarşı iğtişaşlar başladı.

    Suriyalıların Türkiyədən deportasiyasını tələb edən nümayişçilər suriyalılara məxsus mağazaları yandırdı və çoxlu sayda avtomobillərə ziyan vurdu.

    Türkiyə rəsmiləri zorakılıq və iğtişaşlar törətmələri səbəbilə 470 nəfəri həbs etdi. Daha sonra Türkiyədəki 3,5 milyondan çox suriyalının pasport məlumatları və yaşayış yerləri də daxil olmaqla, şəxsi məlumatlarını dərc etdiyi iddia edilən 14 yaşlı uşaq da saxlanıldı.

    Zorakılıq sərhədin hər iki tərəfindəki suriyalılar üçün də narahatlıq yaratdı.

    Bir gün sonra Türkiyənin dəstəklədiyi Suriya müxalifət qüvvələrinin nəzarətində olan Suriyanın şimalındaki Afrin şəhərində insanlar Türkiyədəki soydaşları ilə həmrəylik məqsədiylə nümayişlər keçirməyə başladılar.

    33 yaşlı Afrin sakini Firas Əbu Cavad, "Bu etirazlar əvvəlcə dinc xarakterli olub və icra hakimiyyətin iqamətgahına doğru yönəldi, lakin nümayişçilər [orada dalğalanan] Türkiyə bayrağını endirdikdən sonra dinc aksiyalar öz seyrini dəyişdi" dedi.

    Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bu hadisələrin ardınca toqquşmalar baş verib və Afrində və başqa bir qəsəbə olan Cerablusda Türk mövqelərini qoruyan şəxslərlə yaşanan toqquşmalarda 7 nümayişçi həyatını itirdi.

    Əsəd rejimi-Türkiyə münasibətlərində buzlar əriyir

    Suriyalıları isə şiddətdən çox narahat edən şey Türkiyə ilə Dəməşq rejimi arasında yaxınlaşmanı mümkün edən diplomatik addımlardır.

    Prezident Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminə qarşı Suriya müxalifətinin qatı tərəfdarı olub. O, 2011-ci ildə Əsəd rejimi ilə əlaqələri kəsib və Əsədin devrilməsinə yönəlmiş etiraz hərəkatlarına dəstək göstərib.

    Əsəd baş verən etirazları şiddətli repressiya və vəhşiliklə yatırmağa cəhd edəndə Türkiyə hərbi və siyasi dairələrə dəstək verməklə Suriya müxalifətinin can damarına çevrildi.

    Türkiyə həmçinin dünyada ən çox olmaqla 3,6 milyon qeydiyyatdan keçmiş suriyalı qaçqına ev sahibliyi edir və PKK-nın Suriya qolu olan YPG-yə qarşı əməliyyatlar aparmaq üçün sərhəd boyu hərbi fəaliyyətlər həyata keçirir.

    Türkiyə YPG-ni “terror təşkilatı” hesab edir. Lakin bu qrup ABŞ və Avropa Birliyi tərəfindən “terror təşkilatı” kimi qəbul edilmir. Əslində sözügedən qrup ABŞ-ın Suriyanın şimalındakı ən mühüm müttəfiqidir.

    Türkiyənin bölgədəki tərəfdaşları ümumiyyətlə Əsəd rejiminə qarşı sayılan qruplar olub. Türkiyə ordusunun təxminən 9 min kvadrat kilometrlik sərhəd bölgələrində olması Əsəd rejimi qüvvələrinin hücumlarına qarşı müdafiəni təmin edib.

    Bununla belə, Ərdoğan son illər Əsəd rejimi ilə yaxınlaşma ehtimalından dəfələrlə danışıb və iyulun 7-də Əsədi danışıqlara dəvət edəcəyini bildirib.

    Ərdoğan “Bizim dəvətimiz hər an edilə bilər. Bəşər Əsəd Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq üçün bir addım atarsa, biz də ona bu yanaşmanı göstərəcəyik”- deyib.

    Ərdoğan bu çağırışı bir həftə sonra da təkrarladı. İraqın xarici işlər naziri Moskvanın da dəstəklədiyi mümkün görüşün Bağdadda keçirilə biləcəyini deyib. Bu arada Əsəd iyulun 15-də deyib ki, o, Ərdoğanla ancaq Ankaranın suriyalı müxalif qruplara göstərdiyi dəstəyini gündəmə gətirəcəyi təqdirdə görüşəcək.

    Əsədin əvvəllər Türkiyə ilə əlaqə yaratmaq üçün təklif etdiyi şərtlər arasında Ankaranın müxalifətə olan dəstəyini dayandırması və hərbi qüvvələrini Suriyadan çıxarması da var idi.

    Fikir dəyişikliyi?

    Bəs Türkiyə niyə öz oxunu dəyişirmiş kimi görünür?

    Atlantik Şurasının araşdırmaçısı Ömer Özkızılcık, “Ankara Suriyadakı təhlükəsizlik durumundan narazıdır və ABŞ-ın həll yolu təklif etmədiyini və ya YPG-ni qurban verməyə hazır olmadığını hiss edir” dedi. O, ABŞ-ın əsasən YPG-dən ibarət Suriya Demokratik Qüvvələrinə (SDQ) davam edən dəstəyini nəzərdə tutur.

    Türkiyə PKK və onun uzantılarını əsas təhdidi kimi görür və Ankara bu qrupların Suriyanın şimalındaki mövcudluğunu davam etdirməsini həll edilməsi lazım olan bir məsələ hesab edir.

    Ehtimal olunur ki, hazırda SDQ ilə münaqişədən qaçırmış kimi görünən Əsəd Türkiyənin bu qrupa qarşı addımını dəstəkləməyə razılaşdırıla bilər.

    Əsəd rejimi özünü təhlükəsiz hiss etdiyinə görə və əvvəllər silahlı müxalifəti dəstəkləyən ərəb dövlətləri ilə münasibətləri normallaşdırdığı üçün Türkiyədə bir çox insan “daşların yerinə oturduğunu” və Əsəd rejimi ilə bir razılaşmanın lazım olduğunu düşünür.

    Bununla belə, bəzi ekspertlər hesab edir ki, bu, Türkiyə hökumətinin son illərdə Suriyada, xüsusən də Əsədin güclü dəstəkçisi olan və onun adından müxalifətin nəzarətində olan ərazilərə hücumlar həyata keçirən Rusiya ilə koordinasiya halında olmasından dolayı, artıq tətbiq edilən bir siyasətdir.

    Yaxın Şərq İnstitutunun Türkiyə proqramının qurucu direktoru Gönül Tol isə “2016-cı ildən bəri Ərdoğanın Suriya siyasəti Əsəd rejiminə kömək etmək oldu" deyir.

    Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə isə bu belə deyil.

    “Əl-Cəzirə” kanalına danışan Fidan Ərdoğanın “sülh vizyonunun” bir hissəsi olan “normallaşma” ilə bağlı bir hökumətin xarici siyasətinin olduğunu bildirib.

    Fidan uzun müddətdir davam edən, həm Əsəd rejiminin, həm də müxalifətin iştirak etdiyi Astana sülh prosesinə və kəşfiyyat rəsmiləri arasında aparılan danışıqlara diqqət çəkib.

    Fidan, "Bölgə hazırda sülh və sabitlik axtaran bir iqlimdədir" dedi.

    “Dövrümüzün ruhu bizi sülh və sabitlik axtarmağa məcbur edir”.

    Fidan, "Türkiyə olaraq prioritetlərimiz nələrdir? Biz təkcə özümüzü düşünmürük. Suriyanın ehtiyacları nələrdir? Siyasi müstəqillik, ərazi bütövlüyü. Bunlar bizim gündəmimizdə olan çox önəmli məsələlərdir" dedi.

    Fidan Suriya müxalifətinin tərk ediləcəyi ilə bağlı iddiaları da rədd edib.

    "Suriya müxalifəti ilə bağlı mövqeyimizi dəyişmirik. Suriya müxalifətinin rejimlə əlaqələri onların öz azad qərarları və azad seçimləri əsasında qurulur" deyən Fidan, müxalifət döyüşçülərinin Türkiyənin təhlükəsizliyini qorumaq üçün türk əsgərləri ilə birlikdə döyüşdüklərinə diqqət çəkdi.

    Fidan, “Bizim bu fədakarlığı unutmağımız mümkün deyil… Bu fədakarlıqları unutmağımız və onları tərk edib öz hallarına buraxmağımız mükazirə mövzusu ola bilməz",- deyə əlavə etdi.

    Türkiyədə bəzi insanlar Əsədlə əməkdaşlığın qaçqınların öz evlərinə dönməsinə səbəb olacağını desələr də, Özkızılcık bunun yanlış bir təsəvvür olduğunu bildirir.

    Özkızılcık, "Əsəd qaçqınların geri qayıtmasını qəbul etməyə qadir və ya razı deyil və YPG-yə qarşı bir ortaq da deyil" dedi.

    “Normallaşdırma səyləri Əsəd rejimini Suriyada siyasi bir həll yoluna getməyə təşviq etmədi, əksinə, onun güzəştə getməmək siyasətini gücləndirdi”.

    Fidan Türkiyənin qaçqınlarla bağlı siyasətinin dəyişmədiyini bildirir:

    "Hökumətimizin siyasəti heç vaxt dəyişməyib. [Ərdoğanın] fikri hələ də eynidir, onun iradəsi hələ də eynidir. Biz heç kimi buradan könüllü istəmədiyi müddətcə buradan çıxarmaq niyyətində deyilik. Bu mövzuda təxribat xarakterli iddiaların heç bir əsası yoxdur. "

    Gönül Tola görə, Ərdoğan Suriya ilə əldə ediləcək bir razılaşmanın “[Türkiyə] Suriyanın şimalında yenidənqurma işlərinə sərmayə qoyacağı və [Suriyanın] Türkiyədən gələn qaçqınları qəbul edəcəyi” gözləntisi içində ola bilər.

    Tol əlavə edib ki, bu, Ərdoğan üçün "qazan-qazan vəziyyət" olacaq, çünki Türkiyə ucuz tikinti təmin edə və qazancdan faydalana bilər, Suriyanın isə sərmayələrə böyük ehtiyacı var.

    Bu arada Ərdoğan bir milyon suriyalının könüllü şəkildə ölkələrinə qayıtmasını təşviq etmək üçün seçki kampaniyası vədini yerinə yetirə bilər.

    Bununla belə, yaxınlaşma üçün Türkiyənin bəzi təminatlar, o cümlədən PKK-ya qarşı təhlükəsizlik zəmanəti alması lazımdır ki, Əsədin də bu zəmanəti verməyə həvəsli olmaya bilər.

    Beyrutdakı Malkolm Kerr Karnegi Yaxın Şərq Mərkəzində qonaq araşdırmacı olaraq çalışan Armenak Tokmacyan deyir: "Bu danışıqların uğur qazanma ehtimalı o qədər də yüksək deyil, çünki mübahisəli məsələlər və fikir ayrılıqları həddən artıq çoxdur və mürəkkəbdir".

    “Ancaq uğur qazansalar, Suriyanın şimal sərhəd bölgəsini əhəmiyyətli dərəcədə dəyişə biləcək bir prosesə start vermiş olacaqlar”.

    Suriyalılar üçün 'dözülməz'
    Suriyanın şimalında vəziyyət getdikcə mürəkkəbləşdikcə, bir çox suriyalı qaçqın Türkiyə sərhədindən kənarda onlar üçün təhlükəli hala gəldiyini deyir.

    Kayseridə baş verən hadisədən sonra Türkiyə vətəndaşlarından ibarət izdihamlı dəstələr ölkənin müxtəlif şəhərlərində suriyalılara və onların iş yerlərinə hücum etməyə başladı.

    Türkiyədə anti-Suriya əhval-ruhiyyəsinin artmaqda davam etməsi Türkiyə hökumətini çətin vəziyyətə salır. Ərdoğan qaçqınlara ev sahibliyi etmək prinsipini dəstəkləməkdə davam etsə də, son hadisələrdən sonra “cəmiyyətdə ksenofobiya və qaçqınlara qarşı nifrət aşılamaqla, təhrik etməklə” heç nəyə nail olmayacağını bildirib və Türkiyə müxalifətini zorakılığı qızışdırmaqda ittiham etdi..

    Bununla belə, çətin vəziyyətdə olan iqtisadiyyat və Türkiyədəki müxalif qrupların qaçqın və Suriya əleyhinə ritorikasının getdikcə artması, Suriya tərəfdarı mövqeyin Türkiyədə getdikcə daha çox bəyənilməməsinə səbəb olub.

    Sərhəd qapısının İctimaiyyətlə Əlaqələr və Media Direktoru Mazen Alluşun sözlərinə görə, Türkiyədəki suriyalıların ümumi vəziyyətinin pisləşməsi 2024-cü ilin ilk yarısında təkcə Bab əl-Həva sərhəd qapısından Suriyaya təxminən 12 min “könüllü” qayıdışına səbəb olub.

    Ərəb və İslam Dünyasının Tədqiqat və Araşdırma İnstitutunun (İREMAM) Suriya üzrə eksperti Tomas Pierret, “Suriyalılara qarşı bu narazılıq uzunmüddətli bir məsələdir” deyir.

    “Ən azı on ildir ki, [bəzən] zorakılıq hadisələri olub”.

    Türkiyədəki bir çox suriyalı özlərinin və ailələrinin təhlükəsizliyindən getdikcə daha çox narahat olur.

    Son iğtişaşlardan sonra Qaziantepdə bir çox küçələr boş qalıb və şəhərdəki suriyalı bizneslər bağlanıb.

    Əl-Cəzirə kanalına danışan 42 yaşlı suriyalı mağaza sahibi Nur Əbu Hişam*, "Türkiyədə suriyalılar hər an hücuma məruz qalma riski altındadırlar və belə bir hücum onların həyatları bahasına başa gələ bilər" dedi və əlavə etdi: " hücuma məruz qalma və talan ediləcəyindən qorxaraq altı gündü ki dükkanımı bağlamışam.

    Əbu Hişam deyir ki, o, 2016-cı ildə Suriyanın Həma şəhərini tərk edib, lakin həyat yoldaşını və iki qızını Suriyaya qaytarmaq üçün əlində nə varsa satmağı planlaşdırdığını söyləyir.

    "Vəziyyət dözülməzdir" deyir. “Övladlarımı qorumaq və daha təhlükəsiz həyat şəraiti təmin etmək üçün Türkiyəyə gəlmişəm, lakin bu gün bu təhlükəsizlik artıq yoxdur”.

    *Firas Abu Cevad və Nur Abu Hişam müsahiblərin kimliyini qorumaq üçün istifadə edilən təxəllüslərdir.

    Ərdoğan - Əsəd barışığı Suriya müxalifətinin məğlubiyyətidir ?
    #Türkiyə #Suriya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    MİT İŞİD-in sözdə Türkiyə media məsulunu zərərsizləşdirdi

    17 İyun 2026 12:30

    Belçika və Türkiyə müdafiə şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb

    16 İyun 2026 21:57

    Hakan Fidan: ABŞ–İran razılaşması daimi təhlükəsizlik arxitekturasına çevrilə bilər

    16 İyun 2026 18:10

    Rəcəb Tayyib Ərdoğan İran-ABŞ razılaşmasını alqışladı: Bölgədə davamlı sülhə ümid artır

    15 İyun 2026 21:17

    Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi

    15 İyun 2026 13:29

    ABŞ-İran razılaşması qlobal sabitlik üçün müsbət addımdır - Cevdet Yılmaz

    15 İyun 2026 13:12

    Müdafiə naziri: İsrail Livan, Suriya və Qəzzadan çəkilməyəcək

    12 İyun 2026 20:06

    Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi Tom Barrakı qəbul etdi

    12 İyun 2026 13:43

    Türkiyənin xarici işlər naziri deyir: İran və ABŞ danışıqlara qayıtmalıdır

    11 İyun 2026 19:07

    ABŞ-İran münaqişəsinin genişlənməsi bizi ciddi narahat edir - Hakan Fidan

    11 İyun 2026 16:25

    İsrail Baş nazirinin sözlərinin heç bir çəkisi yoxdur - Numan Kurtulmuş

    11 İyun 2026 14:46

    Kipr türklərinin təhlükəsizliyinə yönələn təhdidlərin qarşısı alınacaq - Türkiyə MN

    11 İyun 2026 11:26
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik

    Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

    Prezident İlham Əliyev: Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir

    Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

    Prezident İlham Əliyev: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir

    Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

    Prezident İlham Əliyev: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

    Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

    Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir (CANLI YAYIM)

    FİFA Haiti formasından qorxur?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.