Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Fələstinli qaçqınlar Livan düşərgələrində çox acınacaqlı şəraitdə yaşayırlar

    24 İyul 2024 13:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fələstinli qaçqınlar Livan düşərgələrində çox acınacaqlı şəraitdə yaşayırlar
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Livanda fələstinlilərin yaşadığı 12 qaçqın düşərgəsi var. 1948-ci ildə vətənləri İsrail tərəfindən işğal edilmiş fələstinlilər bu düşərgələrdə çox ağır şəraitdə həyatlarını davam etdirməyə çalışırlar. Beyrutdakı Şatilla Qaçqınlar Düşərgəsinin sakini Mohammed Abu Maruf deyir ki, dar küçələr və iç-içə binalar səbəbindən onların özəl həyatı yoxdur.

    Bu düşərgələrdə 200 mindən çox fələstinli qaçqın yaşayır. Düşərgələrin ərazisi kiçik olduğu üçün binalar iç-içə və yuxarıya doğru yüksəlir və əhali artdıqca yeni mərtəbələr əlavə olunur.

    Bəzi yerlərdə küçələr iki nəfərin eyni anda keçə bilməyəcəyi qədər dardır. Bu səbəbdən demək olar ki, bütün evlər gün işığına həsrət qalıb. Düşərgələrdə bələdiyyə xidməti göstərilmir, buna görə də infrastruktur və gigiyena problemləri var.

    Fələstinli qaçqın gənclərin 75 faizi işsizdir

    Fələstinli qaçqınların düşərgələri tərk etmələrinin qarşısı alınmasa da, onlara bir çox peşələrdə işləmək qadağandır. Düşərgələrdə ən böyük problemlərdən biri də gənclərin işsizliyidir. Belə ki, 75 faiz gənc işsiz vəziyyətdədir.

    Burj əl-Barajneh Qaçqınlar Düşərgəsində yaşayan gənc fələstinli qadın inşaat mühəndisliyi fakültəsində təhsil alır. Düşərgədə telefon mağazasında işləyən gənc qadın deyir ki, məzun olduqdan sonra məhdudiyyətlər səbəbindən Livanda öz işi ilə məşğul olmaq mümkün olmayacaq.

    Fələstinlilərə qarşı törədilən Sabra və Şatilla qətliamı

    Elektrik kabelləri ölümə səbəb olur

    Mohammad Abu Maaruf 25 min insanın yaşadığı Şatila qaçqın düşərgəsinin sakinlərindən biridir. O qeyd edir ki, Livandakı fələstinli qaçqın düşərgələrində havada asılmış kabellər var. O bildirir ki, Şatilla Qaçqınlar Düşərgəsində hər il orta hesabla 20 nəfər yağışlarda axınlara qapılaraq ölür. 50 yaşlı Əbu Maaruf Şatilla Qaçqınlar Düşərgəsində doğulub böyüyüb. O, ailəsinin Akka şəhərindən sürgün edildiyinə və bir gün vətənini görüb ailəsi ilə birlikdə kəndinə qayıdacağına inanır.

    Qeyd edək ki, Sabra və Şatila qətliamı 1982-ci il sentyabrın 16-da israilyönlü ifrat sağçı xristian falanqist milislərin Qərbi Beyrutdakı Sabra və Şatila adlı Fələstin qaçqın düşərgələrinə basqın edərək yüzlərlə müsəlmanı (750-3500 arasında) qətlə yetirdiyi hadisə idi. . Daha sonra qətliamda İsrailin keçmiş baş nazirlərindən olan Ariel Şaronun rolu olduğu iddia edilib. BBC-nin məlumatına görə, İsrail Parlamentinin İstintaq Komissiyası Şaronu qırğına görə dolayısı ilə günahkar bilib və Şaron daha sonra müdafiə naziri vəzifəsindən istefa verib.

    Fələstinli qaçqınlar Livan düşərgələrində çox acınacaqlı şəraitdə yaşayırlar
    Fələstinli qaçqınlar Livan düşərgələrində çox acınacaqlı şəraitdə yaşayırlar
    #İsrail #Fələstin #Livan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livanlı deputat: Xalq müharibədən və dağıntılardan yorulub

    20 İyun 2026 22:18

    Qəzzada İsrail zərbəsi nəticəsində "Əl-Cəzirə"nin operatoru həlak olub

    20 İyun 2026 22:02

    Netanyahu: İsrail qoşunları Livanın cənubunda qalacaq

    20 İyun 2026 21:46

    Livanla bağlı memorandum ABŞ və İsrail arasında fikir ayrılığını dərinləşdirir

    20 İyun 2026 21:27

    Livan ordusu İsraili nədə ittiham edir?

    20 İyun 2026 21:15

    Tramp Netanyahu ilə bağlı məqaləni paylaşıb, İsraildə seçki müzakirələri yenidən gündəmə gəlib

    20 İyun 2026 21:05

    ABŞ Mərkəzi Komandanlığı: İran Hörmüz boğazına nəzarət etmir

    20 İyun 2026 20:55

    İsrail Hizbullahı atəşkəsi davamlı şəkildə pozmaqda ittiham edib

    20 İyun 2026 20:55

    Hizbullah: İsrailin hücumları ABŞ-İran razılaşmasını pozmağa yönəlib

    20 İyun 2026 20:48

    Netanyahu və İsrail Kats Livanın cənubunda atəşin dayandırılması barədə göstəriş verib

    20 İyun 2026 20:44

    Livan: İsrailin hücumları nəticəsində 4 mindən çox insan həlak olub

    20 İyun 2026 20:40

    ABŞ ordusu: Hörmüz boğazından 55 ticarət gəmisi keçib

    20 İyun 2026 20:36
    XƏBƏR LENTİ

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib

    Slavyan kəndlərinin gizli tarixi: Antisanitariya, ağır adətlər və daxma həyatı

    Şirin Ebadinin İslam və demokratiya fəlsəfəsi - Bu gün onun doğum günüdür

    Qəzzada valideynlərini itirmiş 35 uşaq üçün yeni himayə proqramına başlanılır

    Obama ilə Tramp arasında: Tamamilə fərqli bir Yaxın Şərq

    Yumurtadan doğan kainat: Misir mifologiyasında Ranın yaradılış və insanlıq mifi

    Yuxuda kəfən görmək nə deməkdir? Ölüm xəbərdarlığı, yoxsa böyük zənginlik?

    Yaponlar nüvə silahı qadağalarını nə zaman ləğv edəcək?

    1990-cı ilin bu günü İranda güclü zəlzələ baş verdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.