Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İsrail hökuməti Qətəri Qəzzaya maliyyə yardımı göstərməyə təşviq edib

    27 Oktyabr 2025 22:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail hökuməti Qətəri Qəzzaya maliyyə yardımı göstərməyə təşviq edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail hökuməti Qətəri Qəzzaya maliyyə yardımı göstərməyə təşviq edib.

    AzerVoice xəbər verir ki, İsrail hökumətinin 2020-ci ildə Qətərin Qəzzaya birbaşa maliyyə dəstəyi göstərməsini təşviq etdiyi və bu fəaliyyətini yüksək qiymətləndirdiyi sənəd üzə çıxıb.

    Sənəddə bildirilir ki, Qətər hökuməti Qəzza Yenidənqurma Komitəsi və onun rəhbəri Məhəmməd əl-İmadi vasitəsilə bölgə əhalisinə maddi yardım göstərib, elektrik, infrastruktur, səhiyyə və yaşayış layihələrinə maliyyə dəstəyi verib.

    Sənədin müəllifi, İsrailin Daxili Təhlükəsizlik Xidməti “ŞinBet”də və XİN-də çalışmış Ronen Levi olub. O, sənəddə Qəzzəyə birbaşa maliyyə axınının COVID-19 dövründə də davam etdiyini qeyd edib və iki ölkə arasındakı koordinasiyanın vacibliyini vurğulayıb.

    Sənədin üzə çıxmasından sonra İsraildə “Oktyabr Konseyi” adlı ictimai təşəbbüs hökumətə istintaq komissiyasının yaradılması çağırışı edib. Qurumun bəyanatında bildirilib ki, “Netanyahu hökumətinin Qəzzəyə fon ötürən siyasəti araşdırılmalıdır.”

    Netanyahu hökuməti, 7 oktyabr 2023-cü il hadisələrindən əvvəl Qətər vasitəsilə Qəzzəyə birbaşa nağd vəsait axınının təmin edilməsinə şərait yaratdığı üçün tənqid olunur.

    Həmçinin Netanyahunun yaxın ətrafının Qətərdən maliyyə vəsaiti alması və həmin pulların seçki kampaniyasına yönləndirilməsi də iddia olunur.

    İsrail mediası bu hadisəni “Katargate” adlandırır.

    Bu iddialar nəticəsində İsrail Baş naziri Benyamin Netanyahunun sözçülərindən Eliezer Feldstein və müşavirləri Jonathan Urich ilə Srulik Einhorn təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxıb, iş ŞinBet (İsrail təhlükəsizlik xidməti) tərəfindən araşdırılan cinayət işinə çevrilib.

    Feldsteinin Qətərin imicini dəstəkləmək məqsədilə beynəlxalq bir şirkətdən maaş aldığı, Netanyahunun müşavirləri Urich və Einhornun isə Qətər üçün imic məsləhətçiliyi fəaliyyəti göstərdiyi bildirilib.

    İsrailli iş adamı Gil Bilgerin Feldstein-ə pul göndərdiyini dediyi səs yazısı İsrail dövlət televiziyasında yayımlanıb, Feldstein isə Bilgerin iddiasının doğru olduğunu etiraf edib.

    Feldstein və Netanyahunun iki müşaviri – Jonathan Urich və Srulik Einhorn – 31 martda həbs olunmasından sonra Netanyahu polisə şahid qismində ifadə verib.

    “Katargate” qalmaqalı İsrail cəmiyyətində Netanyahu hökumətinin Qətərlə əlaqələrinin mahiyyəti və şəffaflığı barədə ciddi suallar doğurub. Analitiklər hesab edirlər ki, bu sənəd və ifşalar İsrailin Qəzzə siyasətində ikili yanaşmanı üzə çıxarır və Tel-Əvivin regiondakı diplomatik etibarlılığını sarsıdır.

    #İsrail #Qətər #Qəzza humanitar böhranı #Katargate #ŞinBet #TəlƏviv #YaxınŞərq #Məhəmməd əl-İmadi #Eliezer Feldstein #Jonathan Urich #Srulik Einhorn
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    16 İyul 2026 22:11

    Vens İsrail hökumətini nədə ittiham edib?

    16 İyul 2026 22:07

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    16 İyul 2026 21:27

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    16 İyul 2026 20:30

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    16 İyul 2026 20:11

    İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

    16 İyul 2026 20:05

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    16 İyul 2026 19:41

    İsrailin ABŞ-da təsir kampaniyası ilə bağlı yeni iddialar səsləndirilib

    16 İyul 2026 19:36

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    Alon Pinkas ABŞ ilə İsrail arasında fikir ayrılıqlarının artdığını bildirib

    16 İyul 2026 19:24

    Vensin bəyanatı Vaşinqtonda yeni mübahisələr yaradıb

    16 İyul 2026 18:31
    XƏBƏR LENTİ

    Dərin qeyri-müəyyənlik... Tehranda qərar qəbuletmə aparatı dağılıbmı?

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.