Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    30 Avqust - Türk ordusunun böyük zəfər dastanı

    30 Avqust 2025 09:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    30 Avqust - Türk ordusunun böyük zəfər dastanı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Mustafa Kamal Atatürkün komandanlığı altında 26 avqust 1922-ci ildə başlayan və 30 avqustda Böyük Hücum və Baş Komandan Döyüşü ilə zəfərlə yekunlaşan Türk Ordusunun qəhrəmanlıq dastanı, Türk tarixinin ən parlaq səhifələrindən biridir. Bu zəfər, Türkiyə Cümhuriyyətinin təməlinin qoyulmasında mühüm dönüş nöqtəsi olub.

    1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq dövlətlər Mudros barışıq müqaviləsinə əsasən Anadolunu işğal etməyə başlayıb. Halide Edip Adıvarın “Türkün odla sınanması” əsərində təsvir etdiyi kimi, müttəfiqlər İstanbul, Adana, Urfa, Maraş, Samsun, Merzifon, Antalya və cənub-qərb Anadolunu ələ keçirib. 1919-cu il mayın 15-də isə Yunan ordusu Müttəfiqlərin icazəsi ilə İzmiri işğal edib. Bu ağır şərtlər altında Türk milləti, tarix boyu göstərdiyi vətənpərvərlik şüuru ilə Kuvayımilliyə hərəkatını başladıb.

    İşğala Qarşı Müqavimət və Sakarya Döyüşü

    Türk milləti qarşısında iki yol var idi: ya işğalçılara təslim olmaq, ya da yandırılmış, dağıdılmış vətəni küllərindən yenidən qurmaq. 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılması ilə müqavimət rəsmiləşib. İşğalçı qüvvələr, xüsusən Qərb Cəbhəsində Atatürk və silahdaşlarının üzərinə bütün gücü ilə yüklənib. 1921-ci ildə yunan ordusu Polatlıya çataraq Türk millətini son dərəcə çətin vəziyyətə salıb.

    Bu dövrdə Sakarya Döyüşü (23 avqust - 13 sentyabr 1921) Türk millətinin taleyində dönüş nöqtəsi olub. Mustafa Kamal Paşa, “Müdafiə xətti yoxdur, səthi müdafiə var. O səth bütün vətəndir,” – əmri ilə ordusuna yeni strategiya verib. Türk əsgərləri 22 gün 22 gecə aramsız döyüşərək yunan qüvvələrini Sakarya çayının şərqindən təmizləyib. Bu döyüş, Türk Ordusunun müdafiədən hücuma keçdiyi tarixi bir an kimi qeyd olunub.

    Böyük Hücumun Başlanması

    Sakarya qələbəsindən sonra bir illik intensiv hazırlıq dövrü keçirilib. 26 avqust 1922-ci ildə Mustafa Kamal Paşa, Baş Qərargah rəisi Fevzi Paşa (Çakmak) və Qərb Cəbhəsi Komandanı İsmət Paşa (İnönü) ilə Afyonkarahisarın Kocatəpə bölgəsində Böyük Hücuma başlamaq əmrini verib. Səhər saatlarında artilleriya atəşi ilə başlayan əməliyyat, Türk Ordusunun Tınaztəpəni ələ keçirməsi və düşməni Belentəpə və Kalecik Sivrisi istiqamətindən geri çəkməsi ilə sürətlənib.

    İlk gün 1-ci Ordu Böyük Kaleciktəpə ilə Çiğiltəpə arasında 15 kilometrlik düşmən xəttini darmadağın edib. 5-ci Süvari Korpusu düşmənin nəqliyyat yollarına hücum edərək onların təchizatını kəsib. 27 avqustda Afyonkarahisar 8-ci diviziya tərəfindən azad edilib. 28-29 avqustda hücumlar davam edib və yunan ordusunun 5-ci diviziyası zərərsizləşdirilib.

    30 Avqust: Böyük Zəfər

    29 avqusta keçən gecə komandirlər vəziyyəti dəyərləndirərək hücumu tamamlamaq üçün təcili tədbirlərə razılaşıb. 30 avqust səhər saatlarında Mustafa Kamal Paşa Kütahyanın Altıntaş mahalında, Zafertəpə Çalköydə yekun hücum əmrini verib. Türk Ordusu Allıören, Keçiler və Qızıltaş çayının hər iki tərəfində Dumlupınarda yunan qüvvələrini mühasirəyə alaraq tamamilə məğlub edib. Yunan general Trikopis, Diyenis və bir çox komandir əsir alınıb.

    31 avqustda Mustafa Kamal, Fevzi və İsmət Paşalarla Zafertəpədə bir evin bağçasında, qırıq bir öküz arabasının üstündə xəritəyə baxaraq vəziyyəti dəyərləndirib. Düşmənin yenidən müdafiə xətti qurmaması üçün İzmiri azad etmək qərarına gəlib. Sentyabrın 1-də Mustafa Kamalın “Ordular, ilk hədəfiniz Aralıq dənizidir, irəli!” əmri ilə Türk Ordusu sürətli yürüşə keçib. 1 sentyabrda Gediz və Uşak, 2 sentyabrda Əskişəhər, 6 sentyabrda Balıkəsir və Biləcik, 7 sentyabrda Aydın, 8 sentyabrda Manisa və nəhayət 9 sentyabrda İzmir azad edilib.

    Çiğiltəpənin Qəhrəmanı: Polkovnik Rəşat Bəy

    Böyük Hücumun ən təsirli hadisələrindən biri 27 avqustda Çiğiltəpənin alınması ilə bağlı yaşanıb. 57-ci Diviziya komandiri polkovnik Rəşat bəy, təpəni vaxtında ələ keçirə bilmədiyi üçün Mustafa Kamal Paşaya verdiyi sözü tuta bilmədiyini düşünərək, “Yarım saat ərzində Çiğiltəpəni ala bilməsəm, yaşaya bilmərəm,” – qeydi ilə intihar edib.. Təpə onun ölümündən 15 dəqiqə sonra azad olunub.. Bu hadisə Türk əsgərinin vəzifəyə sadiqliyini və fədakarlığını göstərən simvolik bir an kimi qeydə alınıb.

    Atatürkün Böyük Zəfərə Baxışı

    Böyük Zəfərdən iki il sonra, 30 avqust 1924-cü ildə Mustafa Kamal Atatürk, Zafertəpə Çalköydə Şəhid Bayraqdar Mehmetçik abidəsinin təməlqoyma mərasimində iştirak edərək, “Afyonkarahisar-Dumlupınar Döyüşü və 30 Avqust Zəfəri türk tarixinin ən mühüm dönüş nöqtəsidir. Yeni Türk dövləti, Türkiyə Cümhuriyyəti burada möhkəmləndi, ölməz ömrü burada taclandı,” – deyə bildiib. O, bu zəfərin türk qanları və şəhidlərin ruhları ilə qazanıldığını, Cümhuriyyətin əbədi qorunacağını vurğulayıb.

    30 Avqustun İrsi

    1926-cı ildən etibarən 30 Avqust Zəfər Bayramı olaraq Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində rəsmi şəkildə qeyd olunur. Hər il təntənəli mərasimlər, paradlar və anım tədbirləri ilə bu zəfər xatırlanır. 30 Avqust, Türk millətinin müstəqillik eşqini, birlik və həmrəyliyini, eləcə də vətən uğrunda fədakarlıq ruhunu simvolizə edir.

    #Türkiyə #Afyonkarahisar #Atatürk #Mustafa Kamal Atatürk #Türkiyə ordusu #30 Avqust - Zəfər Bayramı #Türk ordusunun əməliyyatları #Türk ordusu qəhrəmanı #Sakarya Döyüşü #İzmirin azad edilməsi #Türkiyə Cümhuriyyətinin qurulması #Milli Mübarizə #Türk tarixi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib

    14 İyul 2026 17:39

    Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanını qəbul edib

    14 İyul 2026 13:01
    XƏBƏR LENTİ

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.