Mustafa Kamal Atatürkün komandanlığı altında 26 avqust 1922-ci ildə başlayan və 30 avqustda Böyük Hücum və Baş Komandan Döyüşü ilə zəfərlə yekunlaşan Türk Ordusunun qəhrəmanlıq dastanı, Türk tarixinin ən parlaq səhifələrindən biridir. Bu zəfər, Türkiyə Cümhuriyyətinin təməlinin qoyulmasında mühüm dönüş nöqtəsi olub. 1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq dövlətlər Mudros barışıq müqaviləsinə əsasən Anadolunu işğal etməyə başlayıb. Halide Edip Adıvarın “Türkün odla sınanması” əsərində təsvir etdiyi kimi, müttəfiqlər İstanbul, Adana, Urfa, Maraş, Samsun, Merzifon, Antalya və cənub-qərb Anadolunu ələ keçirib. 1919-cu il mayın 15-də isə Yunan ordusu Müttəfiqlərin icazəsi ilə İzmiri işğal edib. Bu ağır şərtlər altında Türk milləti, tarix boyu göstərdiyi vətənpərvərlik şüuru ilə Kuvayımilliyə hərəkatını başladıb.
#Atatürk
Prezident Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şura toplantısından əvvəl Anıtkabiri ziyarət edərək, Türkiyənin bölgəsində strateji gücə çevriləcəyini vurğulayıb. O, “Yenidən formalaşan qlobal sistemdə Türkiyəni qütb dövləti etmək uğrunda mübarizəmiz qurulan tələlərə, daxildən və xaricdən edilən hücumlara baxmayaraq davam edir” - deyə bildirib.
Atatürk Universiteti Sağlıq Araşdırma və Tətbiq Mərkəzi İdarəsi, Uşaq Klinikası üçün 1 ədəd "Serebral Beyin Funksiya Monitoru (CFM)" cihazının alınması məqsədilə tender elan edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Atatürkün 1920-ci ildə göndərdiyi Məclisin açılışı ilə bağlı teleqrafı sosial media hesabında paylaşıb.