Bu barədə nazir Yerlikaya sosial media hesabında paylaşım edib. O, paylaşımında Türk millətinin tarixi zəfərlərini xatırladaraq, “May 19 Mayı, apreldə 23 Apreli, oktyabrlar 29 Oktyabrı, avqustlar isə 30 Avqustu xatırladır,” – deyib. O, 1071-ci ildə Sultan Alp Arslanın Malazgirt Zəfəri ilə Anadolu qapılarını açdığını, 851 il sonra isə 26 Avqust 1922-də Qazi Mustafa Kamal Atatürk’ün “Allah Türk millətini qoruyacaq” sözləri ilə başlayan Böyük Taarruzun 30 Avqustda zəfərlə nəticələndiyini qeyd edib.
#Türkiyə Cümhuriyyətinin qurulması
Mustafa Kamal Atatürkün komandanlığı altında 26 avqust 1922-ci ildə başlayan və 30 avqustda Böyük Hücum və Baş Komandan Döyüşü ilə zəfərlə yekunlaşan Türk Ordusunun qəhrəmanlıq dastanı, Türk tarixinin ən parlaq səhifələrindən biridir. Bu zəfər, Türkiyə Cümhuriyyətinin təməlinin qoyulmasında mühüm dönüş nöqtəsi olub. 1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq dövlətlər Mudros barışıq müqaviləsinə əsasən Anadolunu işğal etməyə başlayıb. Halide Edip Adıvarın “Türkün odla sınanması” əsərində təsvir etdiyi kimi, müttəfiqlər İstanbul, Adana, Urfa, Maraş, Samsun, Merzifon, Antalya və cənub-qərb Anadolunu ələ keçirib. 1919-cu il mayın 15-də isə Yunan ordusu Müttəfiqlərin icazəsi ilə İzmiri işğal edib. Bu ağır şərtlər altında Türk milləti, tarix boyu göstərdiyi vətənpərvərlik şüuru ilə Kuvayımilliyə hərəkatını başladıb.